Sosial şəbəkələrdə yayımla

«Bizi birləşdirən dəyər»

«Azercell Telekom» Birgə Müəssisəsi (BM) özünün yeni «Bizi birləşdirən dəyər» adlı korporativ brendinin təqdimatını keçirib. Tədbirdə çıxış edən «Azercell Telekom» BM-in baş müdiri Halim Ateş deyib ki, «Azercell» bütün işləri Azərbaycana daha çox xidmət etməyə yönəldib: “Bu gündən etibarən «Azercell»i bütün Azərbaycanı birləşdirən şirkət olaraq görmək istəyirik”.

«Azercell Telekom»un Korporativ Ünsiyyət və Sosial Məsuliyyət rəhbəri Kamilə İsayeva isə deyib ki, «Azərcell» yaradılan yeni dəyərləri ictimaiyyətlə bölüşmək niyyətindədir. Bundan sonra «Azercell Telekom» BM-in yeni imic filminin nümayişi olub.

Qeyd edək ki, «Bizi birləşdirən dəyər» mövzusunda mətbuatla əlaqədar yeni layihə həyata keçiriləcək. Bu məqsədlə şirkət Azərbaycanda «Bizi birləşdirən dəyər» mövzusunda yazı müsabiqəsi elan edib. Müsabiqədə iyulun 1-dən oktyabrın 1-dək Azərbaycan və rus dillərində «Bizi birləşdirən dəyər» mövzusunda dərc olunan yazı müəllifləri iştirak edə bilərlər. Müsabiqə qalibləri 4 nominasiya - ən yaxşı reportaj, jurnalist tədqiqatı, publisistik məqalə və foto illüstrasiya üzrə müəyyənləşdiriləcək.

Baxılıb: 4166




Fayllar:

Reklam çarxını yüklə

Şərhlər