Sosial şəbəkələrdə yayımla

Şaxta baba olmaq istəyənlər 36 manat dövlət rüsumu ödəməlidir

Bakı şəhər Ticarət və İstehlak Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib ki, bu il Şaxta baba kimi fəaliyyət göstərmək üçün departamentə xeyli sayda müraciət daxil olduğunu deyib: “Şəhərin gur olduğu, qonaqların daha çox üz tutduğu, uşaqların istirahət etdiyi yerlərdə, Milli Pakda, Fəvvarələr meydanında yolkalar qurulacaq və bu yerlərdə Şaxta baba kimi fəaliyyət göstərmək üçün 36 manat dövlət rüsumu ödənməlidir. Şaxta baba və Qar qızların evlərdə keçirilən şənliklərdə iştirak etməsinin isə bizə aidiyyəti yoxdur. Bu, onların fərdi fəaliyyətləridir”. Ə. Bağırov Yeni il bayramı ilə əlaqədar dekabrın 31-də Azadlıq meydanında konsert proqramının, diskotekanın təşkil olunacağını qeyd edib.

Baxılıb: 5098

Şərhlər