Sosial şəbəkələrdə yayımla

Çaykovski «Microsoft Azərbaycan»ı tərk edir

«Microsoft Azərbaycan» şirkəti şirkətin baş direktoru Vladimir Çaykovskinin senytabrın 1-dən etibarən, «Microsoft Ukrayna»da dövlət müssisələri ilə iş üzrə direktor vəzifəsinə təyin edilməsi ilə bağlı məlumatı təsdiqləyib.

Microsoft Azərbaycan-ın press-relizində bildirilir ki, «Microsoft Ukrayna»-da dövlət sektoru ilə əməkdaşlıqla yanaşı, Çaykovski, həmçinin, «Microsoft- Belarus»da regional direktorun vəzifəsinin icrasına da başlayacaq.

«Microsoft Ukrayna»-da karyerasını Vladimir Çaykovski dörd il bundan əvvəl, Ukraynada və MDB-də maliyyə direktoru qismində başlayıb. Son iki il ərzində o, «Microsoft»un Azərbaycanda və Gürcüstanda baş direktoru vəzifəsini daşıyıb və bu regionda korporasiyanın biznesinin inkişafı sahəsində böyük uğurlar əldə edib.

Vladimir Çaykovski «Microsoft»un Azərbaycanda baş direktoru vəzifəsini korporasiya tərəfindən nümayəndəliyin yeni rəhbərini təyin etməsinə qədər icra edəcək,- məlumatda belə deyilir.

Baxılıb: 5191

Şərhlər