ÇaylaMak vaxtıdır!
Təxminən 1 il əvvəl bir qrup forumçunun fiziki olaraq bir məkana toplaşma tələbi və təşəbbüsü ilə baş tutan "Məclis-i mak.az"-ların 4-cüsü dekabrın 6-da keçirildi. Ilk görüşlə bu dəfəki yığıncağı müqayisə edənlər təəccübünü gizlədə bilmədilər.
Məclisin bu dəfəki şüarı "ÇaylaMak vaxtıdır" idi. Məhz bu tədbir üçün Creative Shamans Bureau tərəfindən dizayn olunan və Türkiyədə hazırlanan stəkan altlıqları bütün məclis iştirakçılarına hədiyyə edildi.
Məclisimiz "Coca-Cola" və "Azza"nın sponsorluğu ilə Bakının ən yüksək səviyyəli restoranlarından olan "Azza"da keçirildi. Azercell, TNS Azerbaijan, Proctor&Gamble, Colgate-Palmolive, Embawood, People Brand, Unibank və Bank Respublika vs. kimi ölkədə marketinqə ən peşəkar səviyədə yanaşan şirkətlərin təmsilçiləri 3 saatdan artıq müddət ərzində müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardı. əsas mövzu olaraq "Qlobal böhran və onun Azərbaycan bazarına təsiri" seçilmişdi.
Müzakirələrə aktiv qoşulanlar və gedişatı maraqla izləyənlər vaxtlarını produktiv dəyərləndirdiklərini ifadə etdilər. Mak.az olaraq iştirakçılara kiçik hədiyələrimizi təqdim etdik, müxtəlif çevrələrdən insanları bir araya gətirib Azərbaycanlı marketinqçilərin birliyinin formalaşmasına töhfəmizi verməyə çalışdıq. Sonda isə yeni layihələrimizdən bəhs edib iştirakçıların fikrini soruşduq.
Sayt və MAKADEMİYA administrasiyası olaraq ən çox sevindiyimiz məqam isə hər məclisin fərqli atmosfer və formatda keçirilməsi və inkişafın müşahidə olunmasıdır. Azərbaycanda marketinqçilərin bilgi və təcrübə paylaşımının marağında olan mak.az daha gözəgəlimli və faydalı layihələr üçün ideya və dəstəyinizi gözləyir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Baxılıb: 11695