Sosial şəbəkələrdə yayımla

«İteca Caspian» şirkəti gələn Azərbaycanda 25 sərgi keçirəcək

Toplantıda iştirak edən Azərbaycan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov bildirib ki, son illər respublikanın iqtisadi inkişafında icddi irəliliyiş tendensiyası müşahidə olunur. Belə ki, son 4 il ərzində Azərbaycanda 620 minə yaxın iş yeri açılıb: «Hesabat dövründə Azərbaycanın 133 ölkəsi ilə apardığı xarici ticarət əməliyyatlarının həcmi 10 mlrd. dollardan çox olub».
Tədbirdə çıxış edən «İteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov isə öz növbəsində qeyd edib ki, bu il Azərbaycanda 19 ixtisaslaşdırılmış və 4 müvafiq konfrans keçirilib, bu da ötən illə müqayisədə 12% çoxdur. Sərgilərdə 1 239 şirkət iştirak edib. «İteca Caspian» şirkəti tərəfindən ölkədə keçirilən sərgilərin 6-sı beynəlxalq audit şirkətlərinin müsbət rəyini alıb və MDB məkanında ən yüksək sərgi tədbirləri kimi qiymətləndirilib.
F.Məmmədov bununla yanaşı bildirib ki, gələn il Azərbaycanda «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə bir neçə yeni sərginin keçirilməsi də planlaşdırılır. Belə ki, 2008-ci ildə Bakıda ilk dəfə olaraq «Bank texnologiyaları» sərgisi, həmçinin «Təhsil və karyera» sərgisi çərçivəsində «Kitab yarmarkası»nın keçirilməsi nəzərdə tutulub. Ümumilikdə isə, «İteca Caspian» gələn il Azərbaycanda 25 sərgi, o cümlədən 7 debüt sərginin keçirilməsini planlaşdırır.
Qeyd edək ki, tədbirin sonunda «İteca Caspian» şirkəti tərəfindən müxtəlif KİV-lərə təşəkkür sertifikatlarının təqdim edilməsi mərasimi keçirilib.  /
APA-ECONOMICS/

Baxılıb: 4231

Şərhlər