Sosial şəbəkələrdə yayımla

Ən bahalı nahar Londondadır

 Böyük Britaniyanını paytaxtı London dünyada naharın ən baha olduğu ölkədir. «Time Zaqat» bələdçisində dərc edilən məlumata görə, burada bir nəfər üçün içki ilə naharın qiyməti 39,09 funtdur (79,44 dollardır). Parisdə eyni naharı 35,37 funta (71,33 dollara), Tokioda isə 35,10 funta (71,33 dollara) etmək olar.    
ABŞ-da isə qiymətlər Avropadan iki dəfə aşağıdır. Nyu Yorkda yemək yemək istəyən şəxs bunun üçün 19,63 funt (39,22 dollar), Los Ancelesdə isə 15,63 funt (31,76 dollar) ödəməli olacaq.
Xatırladaq ki, 67 yaşlı Tim Zaqat həyat yoldaşı Nina ilə birgə restoranların bələdçisini tərtib etməyə1979-cu ildən başlayıb. İlk vaxtlar bu yalnız hobbi idi. Bələdçinin yeni buraxlışı 5 min nəfər arasında keçirilən sorğu əsasında hazırlanıb.

anspress

Baxılıb: 4744

Şərhlər