Sosial şəbəkələrdə yayımla

1 günə 100 min il sığarmı?

Hər hansı bir məzmunun YouTube-da məşhur olub-olmadığını anlamaq üçün olduqca sadə bir üsul var: Videonun altında izlənmə sayına nəzər yetirmək. Bir neçə il öncə, video izləməklə keçən toplam vaxtın daha anlamlı məlumat verəcəyini düşünən YouTube, bu hesabatı da tutmağa başlamışdı. 
Platformanın rəsmi bloqunda dünən paylaşılan bir yazıda YouTube-da video izlənərək keçən zaman barədə məlumat paylaşıldı: 1 gündə 1 milyard saat (100 min il). Bu təəccüblü məlumat, YouTube videolarının yarısından çoxunun mobil cihazlardan izləndiyini düşündükdə smartfonlarla keçirdiyimiz zamanın da nə qədər artmış olduğunu görürük.
Bu arada, YouTube-da "100. 000 years" şəklində axtarış etsəniz Kiss mahnısına qulaq asa bilərsiniz. 
 
 


 

Baxılıb: 307

Şərhlər