Sosial şəbəkələrdə yayımla

100.000-ci abonent

Tədbirdə iştirak edən “Azerfon” MMC-nin Baş Direktoru cənab Con Armli bildirdi: “Bugünkü hadisə qısa vaxt ərzində «Nar Mobile»-ın insanlar tərəfindən etimad qazanmasına parlaq sübutdur və bu, bizim üçün çox vacibdir. Abunəçilərimizin «Nar Mobile»-a bu qədər müsbət münasibət bəsləməsi şirkətimizin mövqeyinin müştərilərin ehtiyac və arzularına yönəlməsinin, yüksək keyfiyyətli xidmətlərin ən əlverişli qiymətlərlə göstərilməsinin doğru olduğunu bir daha təsdiq etdi və mən əminliklə deyə bilərəm ki, bu hələ başlanğıçdır!”

Hal-hazırda «Nar Mobile» şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir. Ağdaş, Qazax, Ağstafa və Xaçmaz da əhatə edilən rayonlar siyahısına daxil oldu. Yalnız son ay ərzində həm ucqar rayonları, həm də paytaxtı yüksək keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə əlavə 70 stansiya istismara verilib. Bu stansiyaların istismara verilməsi şəbəkənin tutumunun genişlənməsilə bərabər, Azərbaycanın bütün ərazəsində göstərilən xidmətlərin keyfiyyətinin artmasına səbəb oldu. Bu gün “Azerfon” MMC 500 000 abunəçiyə xidmət göstərə bilər, bu isə öz növbəsində şəbəkənin kommersiya fəaliyyətinə başlanma dövründə olan göstəricidən iki dəfə artıqdır.

“Azerfon” MMC-nin abunəçiləri özlərini tək Azərbaycanda deyil, xaricdə də rahat hiss edirlər. «Nar Mobile»-ın rominq əhatəsinə 217 ölkə və 430-dan çox operator daxildir.

Baxılıb: 3087

Şərhlər