Sosial şəbəkələrdə yayımla

2011: Seçilmiş Reklamlar

Mak.az bu il dördüncü dəfə ilin ən yaxşı reklamını seçdi. Daha öncəki üç müsabiqədə sırf oxuyucuların qərarı ilə seçilən qalib bu dəfə ekspertlərin iştirakı ilə müəyyənləşdi. 2009 və 2010 seçimlərində bank və sığorta şirkətləri öndə gedirdisə, bu dəfə onların aktilviyi çox daha az idi. Bunun səbəbləri haqda uzun uzadı danışmaq da olar, hər kəsin öz mülahizəsini yürütməsi üçün imkan vermək də. Müsabiqədə iştirak etmiş tv reklamlar ilə xəbərin aşağı hissəsində tanış ola bilərsiniz. Buyurun!

Bu il isə bazarın ümumi olaraq reklam aktivliyi də artdı, TV-də gördüyümüz reklamların çeşidliliyi də, keyfiyyəti də. Öncəki illərdə TV reklam müsabiqəsində bu qədər yüksək istehsal keyfiyyətini birlikdə görmək olmurdu. Artıq qaydalar dəyişib. Bu marketinq icması üçün xoş xəbərdir. Sorğunu ötən seçimlərdən fərqləndirmək lazım olduğu qərarına gəlmişdik. Təbii ki, sosial medianın rəyini öyrənəcəkdik. Amma işə ekspert baxışı və peşəkarlığını da qatmaq lazım idi. Nəhayət ədaləti qorumaq üçün hər iki tərəfdən gələn səslərə müraciət etdik. Sosial media üçün açılan sorğu 12-22 yanvar arasında 10 gün mühakimələriniz və “like” düymələrinin ixtiyarına verildi. Başlanğıcda bərabər mübarizə getsə də, bir neçə gündən sonra iki namizəd inamla irəli atıldı. Beləliklə bu mübarizədən Meqa Sığortanın reklamı qalib çıxdı. Turizm üçün çəkilən reklam isə 2-ci oldu. Ekspertlərin rəyi isə çox fərqləndi. Və əslində bu fərqlənmə məsələni sadəcə sosial medianın öhdəsinə buraxmağın doğru olmayacağının sübutu oldu. Sosial medianın istər “dost-tanış”, istər “satın alınan saxta hesablar” kimi subyektivliklərə açıq olduğu dəqiqdir. Ekspertlərimizə isə güvəndik və çıxan nəticə yanılmadığımızı göstərdi. Çünkü ekspertlərimiz arasında Artgrup və Bakcell-dən heç kim olmadığı halda məhz Bakcell-in parkurlu reklamı qalib gəldi. Müsbət rəylər qazanan “Bizim Tarla”nın yaşıl noxud üçün çəkdiyi reklam da eyni dərəcədə alqışlandı. Nəhayət hər iki tərəfdən gələn səslər nəticəsində əldə olunan reytinqlə 50/50 prinsipi ilə cəmləndi və “Bakcell”in 3G reklamı qalib oldu. Bu seçim bizə bir daha göstərdi ki, Azərbaycan reklam bazarı böyüyür, böyüdükcə və rəqabət artdıqca istər ideya istər vizuallaştırma baxımında keyfiyyət tələbləri artır və sıravi insanların belə bu mövzuya marağı canlanır. Bu isə bizim marketinq haqda cəmiyyətdə doğru rəyi yaratma səylərimiz üçün müsbət bir təkandır. Bəlkə də tərsinə...

Hörmətlə, Mak.az adminstrasiyası

Seçim Komissiyası:

1) Vüsal Qəmbərov - Mak.az
2) Ruxsarə Məmmədova - Mak.az
3) Məmməd Kərimov - Mak.az
4) Emin Quluzadə - PeopleBrand
5) Zaur Məmmədov - Maxmedia
6) Məmmədəli Məmmədov - Media FM
7) Rəşad Nəzərli - Mobitel
8) İlqar İbrahimli - Azerfon
9) Ramin Vəliyev - Brandbox
10) Elnur Nurəliyev - McCann Erickson

Sorğunun qaydası:
Sorğu sosial şəbəkədən yığılan bəyənilmələr ilə ekspertlərin seçimin yarı yarıya hesablanması şəklində keçirilib. Ekspertlərin öz işlədikləri şirkət vəya agentliyə səs verməmək şərti ilə 3 namizədi seçməsi istənib. Nəticədə həm sosial şəbəkədə, həm də ekspertlər tərəfindən verilən səslərin bütün yığılan səslərin içindəki payı reytinq olaraq götürülüb. Yığılan reytinqlər cəmlənib və son cədvəl formalaşdırılıb. Bununla iştirakçıların sadəcə tutduğu yer yox, həm də yığdığı səslərin nəticəyə təsir etməsinə zəmin yaradılıb.

1) Bakcell - 3G xidməti (Artgrup)

2) Turizm Nazirliyi - Turizm (Maxmedia)

3) Meqa Siğorta - Tanıtım (AdCo)

4) Azersun - Bizim Tarla Yaşıl noxud (Organic)

5) Nar Mobile - Filankəsov Filankəs (Bruketa&Zinic)

6) Hyundai - Böyük işin arxasında (PeopleBrand)

7) Gilan - Jalə su (Cinealliance)

8) Jaffa Delta Qrup - Launch (Brandbox)

9) Azercell - Əzizlərim (Artlab)

10) Vergilər Nazirliyi - Vergi maarifləndirmə (SS production)

11) Boks Federasiyası - Boks çempionatı (McCann Erikson Azərbaycan)

12) İdeal - İmic (Alameti Farika)

13) Azgranata - Vitamin (MPG Azərbaycan)

14) Dövlət Siğorta Nəzarət Xidməti - Siğorta maarifləndirmə (AA&M Advertising)

15) Atena - Launch (Güzel Sanatlar Saatchi & Saatchi)

Baxılıb: 2446