Sosial şəbəkələrdə yayımla

2012: Seçilmiş Reklamlar - Qaliblər

Azərbaycan marketinq cameəsi ənənəvi ilin reklamı sorğusunu başa çatdırdı. Sosial sorğuda qızğın mübarizə getdiyi kimi, ekpsertlərin rəylərini bildirməsi zamanı da ilginc nəticələr ortaya çıxdı. Qiymətlərin əsaslandırmaları da bəzən olduqca maraqlı idi.

Məlum olduğu kimi, təxminən iki həftə öncə 2012-ci ilə aid seçdiyimiz 10 yaxşı reklamı facebook istifadəçilərini qiymətləndirməsinə təqdim etdik. Cəmiyətin rəyi məlum olduqdan sonra sıra gəldi ekpsertlərə. Xalq sorğusunda GSM sektorunun iki təmsilçisi arasında ciddi rəqabət getdiyini demək olar. Digərlərini xeyli qabaqlayan Nar Mobile və Azercell 1 və 2-ci yer üçün müəyyən edilmiş maksimum xalı götürə bildi.

7 münsifimiz isə 3 meyarı əsas götürərək ilk 5-lərini müəyyənləşdirdi. Soğru bir növ 4 meyar üzrə müsabiqəyə çevrildi: kreativlik, istehsalat keyfiyyəti, effektivlik və sosial rəy. Nəticədə aşağıda gördüyünüz cədvəl əmələ gəldi. Ekspert sorğusunun qalibi olan "Bakcell"in ulduzlu reklamı ümumi xallar hesabında da birinci oldu. Sosial sorğunun qalibi isə ekpsertlərin diqqətindən kənar qaldığı üçün ikinci yerlə kifayətlənməli oldu.

Maraqlıdır ki, 3-cü yeri də digər bir GSM şirkəti və onların Azərbaycan üçün yenilik olan mürəkkəbli su ilə hazırlanmış reklamı tutdu. Bu reklamın da ilk 3-ə əsasən xalq sorğusunun sayəsində düşdüyünü demək lazımdır.

Ekspert sorğusunun ikincisi olan Vergilər Nazirliyinin əmək müqaviləsi haqda reklamı isə xalq sorğusundan zəif performansla çıxdığı üçün ümumilikdə ancaq 5-liyi qapaya bildi.

Ümumən isə səsvermənin nəticəsinin ədalətli olduğunu demək olar. "Bakcell" şirkətinin Azərbaycan istehlakçısının və izləyicisinin hüzuruna "Mançester Yunayted" kimi dünya markasını çıxarması təbii ki önəmlidir. Ondan önəmlisi isə reklamın marketinq standartlarında diqqətəlayiq olmasıdır. Əvvəla "Ulduzlar liqasını qarşılayıb" sloqanı ilə ikili məna daşıyan maraqlı bir mesaj göndərilir. Bundan əlavə reklamda "kreativ duzu" var, istehsalat keyfiyyəti yüksək səviyyədədir və öncəsində yürüdülən tizerlərinin də təsiri ilə xeyli səs-küyə səbəb olmuşdu.

 

 

 

Təbii ki, ayrı-ayrılıqda hər bir işdə dəyərli məqamlar var və onları da qeyd etmək lazımdır: Nar Mobile-ın sosial mövzuya toxunması önəmli məsələdir, Azercell bazar üçün yeni bir üsulu tətbiq etdi, Bağdan və Bank Technique yüksək səviyyəli istehsalat sərgilədi, Unibank, Vergilər Nazirliyi və Accesbank-ın reklamlarında konsepsiyaya sədaqət nəzərə çarpır, Helen Harper və Danone kimi qlobal brendlərin Azərbaycan bazarı üçün reklam çəkmələri və bunu bazar strategiyalarına uyğun etmələri alqışlanmalıdır.

 

Juridə iştirak edən ekspertlər:

Sənan Orucov - Azərsun Holdinq

Tatyana Mikayılova - Maxmedia

Elnur Nurəliyev - McCann Erickson Azerbaijan

Şamil Ramazanov - Paradox Studio

Ceyhun İmanov - JIS

Aygün İslamzadə - Genna Baku

Vüsal Qəmbərov - mak.az

 

 

Reklam

Sifarişçi

Agentlik

Jüri

Sosial

Toplam

1

Ulduzlar xidmətinizdə

Bakcell

McCann Erickson

18,0

3,0

21,0

2

Eşitməmək – düşünməmək deyil

Nar Mobile

Prosper

8,8

10,0

18,8

3

Mürəkkəbli su üzərində kommunikasiya

Azercell

Saatchi&Saatchi

9,8

8,0

17,8

4

Rebrendinq

Bank Technique

Peachline

15,3

2,4

17,7

5

Əmək müqaviləsini tələb edin

Vergilər nazirliyi

-

16,5

0,8

17,3

6

Məclislərin bəzəyi

Bağdan

Cinealliance

13,5

1,7

15,2

7

Gələcəyin uğurlu iş adamları üçün

Helen Harper

Advert

9,4

4,7

14,1

8

Unibankda zaminə ehtiyac yoxdur

Unibank

Totem

6,3

3,1

9,4

9

Rastişka ilə övladlarınızı qoruyun

Danone

MPG

6,8

0,7

7,5

10

Yığma komandamız AÇ-yə gedir

Accessbank

-

0,8

0,5

1,2

 

 

 

 

105

35

140

 

P.S. Növbəti ilin sorğusunda görüşmək üzərə, sözü Van Persie və dostlarına veririk :)

Baxılıb: 2581