Sosial şəbəkələrdə yayımla

300.000-dən çox abunəçi!

13-cü “Telekomunikasiya və Informasiya Texnologiyaları Bakutel-2007” Beynəlxalq Sərgidə Azerfon MMC iki irimiqyaslı stend nümayiş etdirdi.

Onlardan biri pavilyonun daxilində, digəri şirkətin korporativ simvolikası forması şəklində sərgiyə girişin önündə yerləşdirilmişdi. Hər iki stend xüsusi üslublu dizaynı və ziyarətçilərin sayı ilə fərqlənirdi. Sərginin birinci günündə şirkət jurnalistlər üçün mətbuat konfransı keçirdi. Nar Mobile stendlərinin ziyarətçiləri şirkətin ən yeni servis və texnologiyalarla tanış yaxından tanış oldular. “Nar Mobile müştəri bazasının yüksək templərlə artması mobil rabitə bazarının əsaslı şəkildə araşdırılması, ən optimal tariflərin təklifi və müştərilərə yüksək səviyyədə xidmət göstərilməsindən irəli gəlir.

Abunəçilərimizi mükəmməl mobil rabitə ilə təmin etmək məqsədilə hal hazırda ən müasir texnologiyalara arxalanan və ölkədə analoqu olmayan xidmətlərin testləri aparılır və yaxın zamanda bu xidmətlər müştərilərimizə təqdim olunacaq. Biz əminik ki, bu addımlar müştərilərimizin sayının artmasına səbəb olacaq” – deyə mərasimdə iştirak edən Azerfon MMC-nin Baş Direktoru Con Armli bildirdi. Qeyd etmək lazımdır ki, Azerfon MMC qısa vaxt ərzində mövcud tariflərin endirilməsi üçün bir sıra kampaniyala keçirmiş,bazarda yeni xidmətlərin təklif etmişdir. Şirkət bazarda analoqu olmayan, şəbəkədaxili zənglərin qiymətinin 5 qəpik və ölkə daxilində bütün istiqamətlərdə 20 dəqiqə pulsuz danışıq vaxtının daxil olduğu “Xoş Xəbər” tarif planını abunəçiləri üçün təqdim etmişdir. Bundan əlavə digər tarif planları üçün 350 dəqiqəyə qədər pulsuz zəng etmək imkanını yaradan bonus proqramını təqdim etmişdir. Nar Mobile ölkədə ilk dəfə Mobil Televiziya xidmətini təklif ermişdir. Keyfiyyətin daha da artırılması məqsədiylə Nar Mobile ölkənin bütün ərazilərində yeni stansiyaların quraşdırılmasını böyük sürətlə davam etdirir.

Baxılıb: 4650

Şərhlər