Ac Merlin Monro, “Snickers”in yeni reklamında
“Snickers”, “Ac olanda sən o sən deyilsən” kampaniyasının davamı olaraq “Super Bowl” üçün tizer reklam çarxını təqdim edib.
Reklam çarxının baş qəhrəmanı Merlin Monrodur. Videoda onun ən məşhur çıxışlarından biri, 19 may 1962-ci ildə ABŞ prezidenti Con Kennedi üçün oxuduğu Happy Birthday mahnısının kadrlarından istifadə olunur. Reklamda Merlinin səsi anidən dəyişilir, çünki o acdır.
"BBDO" agentliyi tərəfindən hazırlanan 30 saniyəlik reklam çarxı 7 fevral tarixində yayımlanacaq.
Baxılıb: 3616
Şərhlər