Sosial şəbəkələrdə yayımla

Ac olanda sən kimsən?

“Snickers” brendi özünün “Ac olanda sən, o sən deyilsən” kampaniyasını uğurla davam etdirir. İndi kampaniya çərçivəsində yeni qablaşdırılmış formada şokolad batonları istehsal olunur. 
Yeni qablaşdırılmış şokoladlar artıq ABŞ-da satışa çıxarılıb. “Snickers”in ənənəvi loqosu “aclıq simptomları” ilə əvəz olunub. Üzərində “Sözə qulaq asmayan”, “yuxulu”, “əsəbi” kimi sözlər yazılan “Snickers”lərdən alıb yaxınlarınıza hədiyyə edə bilərsiniz. 
Kampaniyaya dəstək olaraq “BBDO” imzalı yeni reklam çarxı da təqdim olunub. Reklamda operator zəng edən şəxsə dostlarının simptomlarını müəyyən etməyə və kuryer ilə yeni qablaşdırmalı “Snickers”ləri göndərməyə yardımçı olur.
 

 
 
 
 
 
 
 
 
 
 
 

Baxılıb: 4027

Şərhlər