Sosial şəbəkələrdə yayımla

Adaptasiyaşünaslıq

Adaptasiyaşünaslıq  - sovet əmtəəşünaslığının müasir təcəssümü olan marketinqin Azərbaycandakı əsas işidir. Malesef və çox heyf! Və daha çox heyf ki, Azərbaycan iqtisadiyyatı və istehlakı gömrük qapılarını dayanmağa qoymayan idxalat malları ilə doludur. Və daha daha heyf ki, bazar idxal markalarla dolu olsa da, marketinqin işi adaptasiya etmək olsa da, “ultramöhtəşəm” və “qəti səhvsiz” agentliklərimiz, “dünyanın ən gözəl marketinq yanaşması ilə işləyən” Bakı ofisləri/distribyutorlar adaptasiyanın ayrı, tərcümənin ayrı, kopyalamanın isə tamam ayrı bir şey olduğunu başa düşmür.

Belə baxanda marketinqi reklamdan ibarət görən (bu sözü çox eşidirdim 2-3 il öncəyədək, amma vaxt ötdükcə real olaraq müşahidə edirəm) zehniyyətdən heç nə gözləmirəm də. Amma bazar özü hər şeyi tənzimləyən mexanizmə sahibdir. Ona görə də, bu yöndəmsiz iş prinsipi əvvəl axır işgörməz hala düşəndə “tülkünün dönüb dolaşacağı yer yenə kürkçü dükkanıdır” (Türk atalar sözü) prinsipinə uyğun olaraq “məsləhətçi” arayaşları başlayacaq. 

Hələlik bu mövzu qalsın. Qayıdaq Azərbaycanda adaptasiyalarının yöndəmsizliyi ilə  bağlı məni dilə gətirən məsələyə. Aydındı  ki, arada TV-yə baxmağa imkan olanda gördüyüm “transokopyadaptasiya”lar... Belə baxanda, ürəyimi açan adaptasiyalar görmək çox da nəsib olmur. Amma heç olmasa “Snickers”in “Dayanma snikerslə”si qədər də olsunlar zəhmət olmasa.. Daha “Jacobs Monarch”ın “ana siz atamla necə tanış oldunuz”u, reklamın sonunda valideynlərin qızlarının gözü önündə öpüşməsi yox da! Azərbaycanda ən “proqressiv” və “modern” ailələrdə belə şükr ki, bu səviyyəyə keçilməyib. Azərbaycanlı alıcıya bu reklam nə deyə bilər axı? 

Türkiyənin ən böyük kağız məhsullar istehsalçısı olan “İpek Kağıt” (Əczaçıbaşı) və onun case-lərə mövzu olası brendi “Selpak”ın da heç bir işə yaramayan reklamı (2,5 yarpaq yoxsa 1 yarpaq?!) yayımlanır. Bir nəfərlə söhbətdə bu reklamdan misal çəkmək istədim və sürpriz olmayan sualla qarşılaşdım: “Orada nə deyilmək istənilir?”. İronikdir! Amma marketinqdən anlayan, “Selpak”ı tanıyan Azərbaycan gəncinə bu reklam anlatıla bilməyib. Səbəb isə, marketinq cəhətdən çox sadə bir məntiqdədir – Azərbaycanda kiçik təmizlik işləri və stolüstü silmə kimi məqamlarda parça əskilərdən istifadə edilib. Hazırda xüsusi bezlər daha çox istifadə olunur. “Selpak”ın həmin reklamı kağız dəsmallarla ilə əlaqəlidir. Bu dəsmallar həm əl silmək üçün, həm də anlıq təmizlik işləri üçün gigiyenik baxımından təmiz, rahat və sərfəlidir. Türkiyədə cəmiyyət artıq bu dəsmalların istifadəsinə öyrəşib. Və artıq elə bir səviyyəyə çatılıb ki, kağız dəsmal istehsalçıları daha sərfəli təklif üçün yarışır. “Selpak” isə təxmin edirəm ki, “Kağız dəsmal istehlakçısı məshuldan nə gözləyir?” sualına cavab axtardıqda fikirlər sərfəlilik mövzusu üzərində cəmlənib. Biraz kreativ duzuyla istehlakçının başa düşəcəyi əla kommunikasiya qurulub. Amma TÜRKİYƏLİ istehalkçıların! Azərbaycanda isə “Selpak” hələ əvvəlcə kağız dəsmalın nə olduğunu anlatmalıdır. Bir halda ki, marketlərdən insanlar bu məhsulu tualet kağızı əvəzinə satın alır. 

Burada məsələyə biraz da sosioloq gözüylə baxaq. Belə ki, Azərbaycanda insanlar gündəlik istifadədə (tər silmək, asqıranda ağzını  tutmaq vs.) kiçik əl dəsmallarından yararlanır. Türkiyədə buna artıq “kəndçilik” kimi baxılır. Təməlində qeyri-gigiyenik olması durur. Bizdə evlərdə əski istifadə edilir. Çünkü “stolun üstünü kağızla silməyin bədlik gətirəcəyinə” inanılır. Türkiyədə isə daha təmiz olması baxımından kağız dəsmal tərcih edilir.

Xülasə:  İş gördüyünüz cəmiyyəti tanımasanız gülünc duruma düşməyiniz normaldır!

“Coca-Cola”nın son “pozitif ruhlu” reklamları, “PG”nin qadın bezinin “səhər durdum yuxudan mən bəxtəvərəm blah-blah-blah”sı, “Protex”in əsl amerikan musiqi ilə, “bizə yapışmayan” çarxı... Bunlar Azərbaycanda marketinqə peşəkar yanaş(mağa çalış)an  qlobal şirkətlərdir. Bəli! Qlobal ofis dünyada yayımlamaq üçün reklam çəkir və Azərbaycan ofisinə də ADAPTASİYA üçün göndərilir. Amma “Cappy”nin reklamı adaptasiya üçün uyğun idi və işin yerinə yetirilməsi qaydasında idisə, “Cola” üçün son çarxları bizə uyğunlaşdırmaq mümkün deyilsə vaz keçmək lazımdır. Bunu bacarmaq lazımdır!!! 

Reklam kommunikasiya vasitəsidir və kommunikasiya “sözümü dedim getti” anlayışı ilə aparıla bilməz. O sadəcə danışmaq olar. Şirkətlərimiz bu şəkildə anlaşılmayan danışıqlarla “istehlakçının baş beynini aparmaq”dan əl çəksələr yaxşı olardı. Bu mövzunun Azərbaycanda marketinqin hazırki vəziyəti üçün çox vacib olduğu aşkardır. Ona görə də, adaptasiyalara daha yaxından diqqət ayrılmalı olduğuna əminik! 

Bu mövzuya bir növ reklam monitorinqi şəklində tez-tez fikir bildirməyin “adaptasiyanın nə olduğu” ilə bağlı məlumatlılıq yaradacağına inanırıq. Marketinqə ayrılan büdcələrin artırılmasına nail olmağımız real deyil. Amma marketinqçilərin bu büdcələri faydalı şəkildə istifadə etməsinə faydamız toxuna bilər. Artıq adaptasiyalar texniki və tərkib baxımından mak.az tərəfindən yaxından incələnəcək...

Baxılıb: 5410

Şərhlər(22)

Şərhlər (22)

mARket mARket
Özünüz qeyd edirsiz ki, adaptasiyadır, sonra da deyirsiz nə isə dəyiş. Bu reklamların nə ideyası, nə çəkilişi Azərbaycanda həyata keçirilməyib...
idea, millət də onu deyir ki, elə hər şeyi tərcümə edib geniş kütləyə buraxmaq düzgün deyildir.. Siz bunu bilə bilə müdafiə olunmağa çalışırsınız..Türk atalar sözü deyir ki: Konuşdukca batıyorsun...
mak mak
:) normaldır, tənqidə normal fikir bildirmək əvəzinə, söz atmaq bir çoxumuzun adətidir. ilk növbədə agentlik əslində işçilərini adaptasiya eləsə yaxşı olar. belə biabır etməkdənsə şirkətinizi məncə mövqe bildirməyin...
idea idea
Bir sözlə. Mənə elə gəlir, siz heç biriniz reklam agentliyində işləməmisiniz. Reklamı yalnız kitablardan və mak.ken.az saytından tanıyırsız.
aflatunus aflatunus
@idea,

Mene ele gelir ki, siz agentlik deyende eslinde prodakşn şirketlerini nezerde tutursuz.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
+

Jacobs və Selpakın reklamlarında heç bir problem yoxdur. Onlar nəzərdə tutulduğu bazarlar üçün ideal çarxlardı az qala.

Jacobs - Qərbdə uşaqlar müəyyən bir yaşa çatdıqdan sonra valideynlərinin necə tanış olduğunu öyrənmək üçün məhz o məşhur sualı verir. Səbəb isə hələ ki, partnyoru özünə cəlb etməyin yollarını bilməməkləridir. Reklama da baxmısızsa bu yazılanlar sizə nəsə deməlidir. Bizdə bu mövzu aktual deyil. Yəni reklamı hədəf kütlə anlamayacaq. Problem odu ki, Jacobs-un Azərbaycandakı marketinq işində iştirak edənlər içərisində də bunu anlamamış kifayət qədər adam çıxar. Qəbahət deyil təbii ki.

Selpak - Selpak qlobal yox, heç az qala transmilli marka belə sayılmaz. Xüsusən də İstanbul ofisində marketinq yerli əsaslarla aparılır. Yazıda Selpakın reklamının mənası verilib. Ona görə təkrara ehtiyac yoxdur. Bircə onu bilin ki, Türkiyə bazarı üçün az qalan ideal kağız dəsmal reklamı alınıb.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
idea, agentliyin zəifliyini qəbul edirsiz, amma nədənsə sonradan fikrinizin üstündə durmamaq qərarına gəlirsiz.

Başa düşürəm, agentlik müştərisinə marketinq dərsi verə bilmir, çünkü özünün cəmiyyətdən xəbərdar olduğu şübhə altındadır.

Lap başa düşür ki, Azərbaycan cəmiyyətində ana və atanın övladının önündə öpüşməsi kimi bir hal normal deyil. (Bunun TV-lərdə öpüşmə, hətta seks, yeri gəlsə pornovari səhnələr olması ilə heç əlqaəsi yoxdur. Tərbiyə mövzusunda isə mak lazımi ifadələri işlədibdi) Bilir ki, bunu reklamda çıxartmaq olmaz. Amma müştərinin xətrinə dəyib account itirmək ehtimalı var axı.

Başa düşürəm ki, Azərbaycan bazarı onu diqqətə alıb çarx filan hazırlayası böyüklükdə deyil. Selpak da can dərdi can harayı məhsul göndərir bura. Amma marketinq TV reklamdan ibarət deyil ki. Otursunlar kağız dəsmal nə deməkdir anlatsınlar camaata. Yoxsa illər keçəcək və insanlar onu tualet kağızı üçün nəzərdə tutulmuş asılqana yerləşmədiyinə görə söyəcək Selpakı.

Jacobs qlobal şirkətdir. Və mütləq alternativ videoları da var. Selpakın ixracat təcrübəsi geniş deyil, onlar tamamilə ölkəiçinə fokuslanıblar. Bunu da bilirəm.

Heç kimi qınamıram. Burada tənqid edilir. Amma kimsə qınanacaq halını, özü də bilə bilə, özünün quru müdafiəsinə cəhd edirsə, reallıqları önünə qoymaq lazımdır. Əməkdaşları və tərəfdaşlarını doğru düzgün və işə yarayan marketinqə yönləndirməyə cəsarət və bacarığı çatmayanlar gərək aşını aşağı salıb işini görsün.
mak mak
söhbət də onnan gedir ki, ideyası burda hazırlanmayan reklamları birbaşa adaptasiya edib efirə buraxmamalıdırlar, relevantlıq olmalıdır
idea idea
elə dediyinizi deyirsiz. Özünüz qeyd edirsiz ki, adaptasiyadır, sonra da deyirsiz nə isə dəyiş. Bu reklamların nə ideyası, nə çəkilişi Azərbaycanda həyata keçirilməyib. Lokalizasiya, yəni mətnin tərcüməsi edilir belə hallarda. Bununla da ideyanı, ssenarini dəyişmək olmur. Məncə kampaniya sıfırdan işlənəndə hədəf auditoriyası və s. şeylər çox vaxt nəzərə alınır.
mak mak
bir de umid edirem, banner shirketi terbiye anlayishina kifayet qeder mesuliyyetle yanashir, her halda burda tv tamashachidan ferqli olaraq oxuyucunun fikir bildirmek imkani verilir. munasibeti balansli etmek size faydali olar deye dushunurem
mak mak
idea, sohbet terbiyeden ve opushmekden getmir... sohbet yakobsu olkemizde ichen kutle ile burda movqelenen konseptin bir birine yad olmasindan gedir,,, adaptasiya edende hedeflenen kutle nezere alinmalidir
idea idea
mak, rolikə baxdım. Çox tərbiyəsizdir, mentalitetimizə uyğun deyil. Azərbaycan TV məkanında hələ heç kim öpüşməmişdi. )))))))))
Gərək bunları Kraft-a çatdıraq, yığışdırsınlar roliki. Tərbiyəsiz olması bunun üçün kifayət qədər tutarlı səbəbdir.
Yuh!
mARket mARket
Avropaya integrasiya eliyirik...))
Milli marketingi milli ya dini mentalitetlərə zidd qursaq onda Vusal bəyin qeyd etdiyi marketinq psixologiya, sosiologiya, sosial psixologiya və antropologiyadan bəslənir fikrinə tərs düşmüş olar...
müvəffəqiyyətə gedən hər yol düzdür- prinisipi ilə hərəkət etsək reklam alınıb.
Ama bu tip reklamlara nəzarət lazımdır, mətbuat şurası, reklam şurası... efir əxlaqı... ehhh.. saatlarnan gedən serialın yanında bu nədi ki...
mak mak
idea, deyəsən Vüsal bəyin qeyd etdiyi bəzi markaları siz adaptasiya edirsiniz, daha dəqiq desək Jacobs-u. Sizcə nə qədər realdır bu reklam Azərbaycan bazarı üçün: www.youtube.com/watch?v=3ovHGNMfdnY
idea idea
Vüsal, yazıya görə çox sağ olun.
Amma qeyd etdiyiniz bəzi uğursuz adaptasiyalarda (Jacobs, Selpak və s.) dediyiniz səhvləri orijinal rolikə şamil etmək lazımdır, adaptasiyaya yox. Qaldı ki, reklamları qəbul etməməyə - agentlik böyük müştərilərə deyə bilməz ki, bilirsiz, sizin rolik bizim mentalitetə uyğun deyil, gedib xüsusi olaraq Azərbaycan üçün reklam hazırlayın. Bir məsələ də var, xaricdəkilər Azərbaycana geridə qalmış kimi baxır, buna görə də bizim fikrimizlə heç hesablaşan yoxdu, o ki qaldı yerli kreativi bizə etibar etməyə.
Mövzu aktualdır. İstərdim belə müzakirələrdən çox aparılsın.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
Salam Firdovsi.

Razıyam. Onsuz da hər zaman dediyim kimi - marketinq psixologiya, sosiologiya, sosial psixologiya və antropologiyadan bəslənir, dəstək alır. Bu sosial elmlər tərəfi. Bir IT və statistika tərəfi var.
firdovsi firdovsi
Vusal Salam

Gosterdiyin iradlarla tamami ile raziyam. Onu da elave etmek isterdim ki, sozu geden problem eyni zamanda sosial psixologiya noqteyi nezerinden de ele alinmalidir. Cunki marketing ve PR-in vitrin arxasi, malzemesi Sosial Psixologiyadir. Reklamlara bu qeder pullarin xerclenmesindeki son meqsed mehsulu ve ya xidmetin istehlakcida alma aliskanliqlarini yaratmaq, artirmaq, ve.s.dirse, o zaman marketologlar ve ya benzer sektorda canisan insanlar zehmet cekib xalqin dilinde danismaqi oyrenmelidirler. Yeni zehmet cekib Perception managmenti (Basa dusulmenin idareedilmesi) oyrenmelidirler.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
Şrekin dublyajının əsl adaptasiya olduğuyla razıyam. Necə ki, türklər Kuzu Kuzu oxutdururlar Eşşəkə, bizdə də nəysə yerli bir kolorit qatılır.

Amma problem sadəcə sənət tərəfində deyil. Dublyaj, peşəkar tərcümə vs.də onsuz da problemlərimiz var. Heç axı mövqeləndirmənin adaptasiyasını da bacarmırlar. Ona görə də kommunikasiya biabırçı və anlaşılmaz halda olur.
Kataloq.NET Kataloq.NET
Adaptasiya etməyi düşünənlər ANS-in Madaqasqarına və Şrekinə baxmalıdır
mARket mARket
Türklər Ruslarla bir yerdə Dublaj və səsləndirmədə öndə gedənlərdəndir.. Onların dublajları orijinaldan seçilmir.. Dünənə kimi bizimkilər who is this? - Bu kimdir? kimi tərcümə səsləndirmə edirdilər. Mən inanmıram ki, Azərbaycanda (turkiyənin şərqi, cənubi azərbaycan da daxil olmaqla) kimsə qapının zəngi çalanda Bu kimdir? desin.. əvəzində çox rahat i]Kimdir? deyə bilər.. Təbii bu başqa mövzudu..

Türklərin adaptasiya textləri mənim bildiyim qədər ədəbi bədii üslubda, yəni dialekt və şivələrdən təmiz, rahat bir dil olur.. Biz də Az-lı kimi rahat rahat qulaq asırıq, anlamağa çalışırıq..
Ama di gəl bizim, tərcümə-adaptasiyalara... Hansı üslubdu, hansı dialektdi, kim o dildə danışır bilmək olmur.. ))) Coca-cola-nın Əriştəni dəniz dalğası-nı hər eşidəndə məndə ironik bir təbəssüm yaranır..

Hr. müəllif, çox maraqlı mövzuya toxunmusuz.. Bu haqda səhərdən axşama kimi danışıb gülmək / ağlamaq olar.. keyboarda qüvvət..
Makla Makla
Adaptasiya məsələsində tam razıyam.
Nə qədər çalışsalarda son Сocacola reklamı kimi adaptasiya olunmuş reklamları bizim xalq sevmir, başa düşmür.

Eyni reklam türk TV-də gedəndə səbrlə qulaq asırlar. Görəsən niyə?

Hələ ən son bir Bonuxun reklamı var yadımda olan, çay evində əlini sarı rəngdə köynəyinə tutub ləkələrini gizlətməyə çalışır müştərilərdən biri. Yəqin ki, yadınıza düşdü.
Belə də səsləndirmə olar? Bu hələ dilimizə ən yaxın ölkənin aktyorlarının rol aldığı reklamdır. Cuzi dəyişiklik lazım idi orda.

Alınmır ki, alınmır..
Commentist Commentist
Faydalı mövzudur.
Qələminizə qüvvət!
Mən iqtisadçı alimlər tanıyıram ki, marketinqlə reklamı sinonimlər kimi başa düşür...