Sosial şəbəkələrdə yayımla

AFFA ilə "Atena" şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA ilə "Atena" şirkəti arasında U-12 Liqasının sponsorluq müqaviləsi imzalanıb. Futbol ictimaiyyətinin və KİV-lərin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq uşaq futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib, U-12 Liqasının təşkilinin əsas məqsədləri sadalanıb.
Süd məhsulları bazarında aparıcı istehsalçı olan, ən müasir texnologiyalardan istifadə edən və süd məhsullarının istehsalında “100 % Öz Fermamızın Südü”ndən prinsipinə əsaslanan "Atena" şirkətinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
AFFA-nın baş katibi Elxan Məmmədov və "Atena" şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov U-12 Liqasının sponsorluq müqaviləsini imzalayıb.
E.Məmmədov üzərində Azərbaycan milli komandasının üzvlərinin imzası olan futbolkanı "Atena" şirkətinə hədiyyə edib.
Mətbuat nümayəndələri üçün brifinq təşkil olunub. Elşad Rəsulov və Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
AFFA-nın Futbol Akademiyasının meydançasında U-12 Liqasının simvolik oyunu keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov və Atena" şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov topa ilk toxunuş edib.
E.Məmmədov və E.Rəsulov U-12 Liqasında çıxış edən komandaların üzvləri ilə xatirə şəkli çəkdirib.
"Atena" U-12 Liqasının oyunları bölgələr üzrə mərkəzləşdirilmiş qaydada 12 rayonda təşkil olunur. 81 komandanın mübarizə apardığı turnirdə 1114 futbolçu və 109 məşqçi iştirak edir.
 
 
 
 
 
 
 
 
 
 
 
 

Baxılıb: 2383

Şərhlər