Sosial şəbəkələrdə yayımla

Aktiv olma, göz dəyər

Barak Obamaya Nobel mükafatını  boş yerə vermədilər. Krizis də deyəsən bitir.

Amma bir iki şirkət  çıxmaqla yerli bazarımız yenə də hədəfsiz şəkildə yuvarlanır. Güya hər kəs bilirdi ki, dünya praktikasında krizis zamanı şirkətlər daha aktiv ve çevik marketinq yanaşması tətbiq edirlər? O halda bunu niyə müşahidə etmirik?

Misal üçün, deyəsən bu il Azercell “sanballı” şəkildə tərpənməyəcək. “Xallar” ok, “Bizklub” öz yerində, bəs səs-küyə səbəb olacaq ideya yoxdurmu? Başa düşmək olmur, əgər ən iri marketinq büdcəsinə sahib olan şirkət bilbordların 50%-ni almaqla, saysız hesabsız kampaniyar keçirməklə, day.az saytında ən yuxarı baneri göturməklə aktiv olduğunu düşünür? Mənə elə gəlir ki, Azercelldə departamentlər arası rəqabət gedir. Ən azı kənardan belə görünür. Kim daha çox kampaniya edəcək. Satışı stimullaşdırmağa yönəlmiş “product marketingin” əvəzinə “imic marketinqini” sınamaq olmazmı? Misal üçün “maksimum gənc” "gnctrkcll" layihəsindən fərqli olaraq həyat tərzinə çevrilə bilmədi. Rebrendinqi çıxmaqla maraqlı imic konsepti üçün maksimum 1,5 milyon pul lazımdır. Bu isə Azercell büdcəsinin cox az hissəsini təşkil edir zənnimcə. Bu ölkədə marketinqin inkişafı əslində birbaşa Azercell ilə bağlıdır. İllərdən bəri modanı Azercell müəyyən edərdi Azərbaycan adlı kənddə.  

Nar Mobile adlı şirkəti ümumiyyətlə başa düşmək olmur. Misal üçün, mənə ele gəlir ki, bu şirkət bağlanacaq. Nece deyərlər “ni riba, ni maso”. 

Akkord payız üçün yeni layihə hazırlamalı idi. Bildiyim qədəri ilə uduşlu lotoreya olmalı idi. Adı da “taleh açarı”. Çox iri çaplı layihə kimi görünürdü mənə. Amma səs soraq yoxdur. Reklamlarına görə mənzillərin sayı gündən günə azaldığından, son şansdır ev almaq üçün. Təklif edirəm hərəmiz bir mənzil alaq (kreditlə) və beləliklə heç olmazsa yeni layihənin necə olduğunu gorək.

Banklardan danışmıram. Bank Respublika inciməsin amma marketinq departamenti deyəsən “buxarlaşıb”. Anlamaq olmur bu susqunluğun məntiqini. Unibank haqqında yazmağım düzgün olmadıgından forumda oz fikirlərinizi bildirə bilərsiniz. AGBank deyəsən rebrendinqdən rebrendinqə aktivləşir. Rabitəbank "kartmane" layihəsinə başlayıb, amma bankın ümumi xəttini tutmaq olmur. Dəmirbankın rebrendinq layihəsini görmək istədim. Bank of Azerbaijan hələ də Şərq Qərb festivalını dəstəkləməyə davam edir. Kapital Bank U-15 liqasını aldı. Hansı məntiqlə? "Pensiyabank" olanda nə olar ki, əsas odur ki, ürəyin (marketinq mövqeləndirmən) təmiz olsun. Pensiyaçı bu ölkənin vətəndaşı deyil? Misal üçün Almanyada Sparkasse bu seqmentə xidmət etməklə onlarla məhsul və xidmət təklif edir. Atabankda iki ildir ki, bilbordlarda solo kart reklam olunur. Bu siyahını davam etmək olar.

Ən dinamik sektor hansıdır soruşsaniz deyərdim ki, avtomobil sektorudur. Fikrimcə bunun səbəbi dillerlərin birbaşa istehsalçılarla cox sıx əlaqəsinin olmasıdır. Yəni səbəb daxili deyil, əsasən xarici faktordur. Kreativ az olsada, ən azından krizisdə əlindən gələni etdilər. Mənim üçün səy hər şeydən vacibdir. Avtomobil şirkətlərin bu addımları alqışa layiqdir. 

Digər tərəfdən mak.az forumunun bu qədər passivləşəcəyini düşünmürdüm. Niyə yazan yoxdur? Bölüşməkdən niyə çəkinirik? Marketerlerin forumunun passivliyi olkədəki marketinq bazarının güzgüsüdür. 

Riteyl müştərilərlə işləyən digər şirkətlər deyəsən bomba partladacaqlar. Və ya "dədə-baba" qaydası ilə işləməyə davam edəcəklər. Ən yaxşısı onların fikrincə elə budur. Düz edirlər. 

Aktivlik kimə lazımdır? Göz dəyər.

P'S: Dünya Ticarət Təşkilatına üzv olmağımızı səbrsizliklə gözləyirəm. 

 

Baxılıb: 4338

Şərhlər(7)

Şərhlər (7)

Sanballini Sanballini
eurozoom, bele gorurem ki, siz duzgun yere zoom elememisiniz :)
eurozoom eurozoom
ok.men sizinle raziyam.yeqin ki,normal olkelerde avtobusla veya teyarre ile pul gondermek problemi yoxdur.sizin xidmetlere sozum yoxdur.o ki,qaldi seviyyeye burda sohbet konkret olaraq unibankin seviyyesinin yuxari veya ashagi olmasindan getmir.her hansi bir shirketin simasinin mueyyen bir hissesini onun reklamlari gosterir.mence reklami auditoriyaya ya yaxshi keyfiyyetle olunmush bir reklam filmiyle veya yaxsi bir ideya ile beyendirmek olar.hem ideya,hemde hazirlanma keyfiyyeti yuksek seviyyede olarsa,onda netice super olmalidir.birde var sade ve var primitiv.dunyanin bir cox yerinde sade reklamlar carxlari var,cox gozeldir.ancaq reklam filmini sade adi altinda primitiv edende,o hec kimin xoshuna gelmir.birde ki,region lehceleri ile nese elemek maraqli olar.ancaq o hazirlanan carx tebii ve semimi olsa.hem ses hemde goruntu olaraq.cox teesuf ki,bizde semimilik hele alinmir.eger informasiya xalqa semimi shekilde catdirilsa,demek xalqda buna inanacaq ve maraq gosterecek ve neticede semimi reklam sayesinde mehsulun yaxshi satilacaq.men marketer veya iqdisatci deyilem.reklam dunyasinin icinde oldugum ucun ve birde shukur Allaha internet ve TV vasitesile dunyanin reklam aleminde olub bitenlerden xeber aliram.sonda onuda deyim,Azerbaycanda cox aktiv olmaginda o qeder ehemiyyeti yoxdur.onsuzda bu millete ezelden goz deyib.helede ag gune cixa bilmir.
TITANUS_GIGANTEUS TITANUS_GIGANTEUS
Unibankın seviyyesi deyende neyi nezerde tutursunuz? turkiyenin bank reklamlari geniş anlyışdır. Mümkündürse ad ba ad sadalayın. Zarafat ve ciddiliye geldikde, pul köçürmələrindəki zarafat qadasın alım, ciddilik isə insanların avtobusun yerinə pulu bankla göndərməyə yönəltmək mesajıdır. Açığı bu mövzü stereotip mövzusudur və 1 kiçik postla əhatə etmək çox çətindir. Sizcə unibank ola ola avtobusla pul gondərərlər?- mesajindakı qaranlıq məqam nədir? sizcə bu reklam SOSİAL REKLAM deyilmi? 21 ci əsrdə hələ də avtobusla və ya taksi ilə pul göndərmək düzgündür? Ola bilsin qadasın alım və ya gözou yiym ki sözlər sizdə ikrah hissi oyada bilər. Amma reklam regionlarda pul köçürmələrinin artırılmasına yönəlmişdirsə, sizcə region əhlinin dilində danışmağın nəyi pisdir? Həmdə ki mesaj çox konkrettir. Təyyarə və ya avtobus dövrü bitti. Nə bilim zövqlər fərqlidir. Əsas odur forumda təmsil olunan marketerlər nə düşünür. Ən əhəmiyyətlisi isə nəticədə bu reklam satışları artıracaq ya yox. Sual bu olmalıdır məncə.
eurozoom eurozoom
salam.yazinizi axira kimi oxumadim,sebrim catmadi.ancaq basha dushdum sohbet neden gedir.men bu movzunun yalniz bir terefine toxunacagam.deyirsiz ki,Gurcustanda bu sahede inkishaf bize nisbeten daha coxdur.men sizinle raziyam,ola biler.bes sizce Azerbaycandada intellekt seviyyesini yuxari qaldirmaq ucun daha seviyyeli ve kreativ reklam ishleri gormek lazim deyil? misal ucun,unibankin reklam carxlarina baxanda bu bankin seviyye baximdan o qederde yaxsi oldugunu demek olmaz.birde ki,bank reklami hecde ciddi formada hazirlanmali deyil.cox uzaga getmeyek,Turkiyenin bank reklamlarina baxdiqda shexsen mene cox lezzet eleyir.orada zarafatda var,ciddilikde.neise.cox uzatmiram.mende raklam sahesinde calishiram.ancaq Azerbaycanda yashadigim ucunde cox peshmanam.PS:calishmaq lazimdir ki,insan qarshisindakini fikrini ele catdirsin ki,qarshisindaki onu tam basha dushsun.
nigar nigar
Cavaba görə sağ olun.Yeri gəlmişkən çoxları ona Ümumdünya Ticarət təşkilatı deyir-ÜTT hər yerdə yazırlar
TITANUS_GIGANTEUS TITANUS_GIGANTEUS
Nigar x,

Dunya Ticaret Teshkilatinin marketinqe bir basha dexli var. Klanus cesnoye slovo. Bele ki, DTT-na uzvluk Azerbaycan Respublikasinda teleb edecek ki proteksionist siyasetden el ceksin ve olkeye yeni shirketlerin girmesindeki qanunlari harmonizasiya etsin (asanlashdirsin). Neticede DTT uzvlukden sonra olkeye yeni xarici shirketler girecek. Tapshiriga ehtiyac olmayacaq. Reqabet daha guclu olacaq. Xarici shirketler yeni bazara daha agressiv girmeye calishacaqlar. Bu ise marketinqin ciceklenmesi demekdir. Mushterimerkezli marketinq on plana cixacaq. Gerbde oldugu kimi. Umid edirem sizin sualiniza cavab vere bildim.
nigar nigar
Yaxşı yazıdır.
İndi mənim sualıma cavab verin görüm Dünya Ticarət Təşkilatının bu marketinqə nə aidiyyatı var?PS çatmır.