Aktiv olma, göz dəyər
Barak Obamaya Nobel mükafatını boş yerə vermədilər. Krizis də deyəsən bitir.
Amma bir iki şirkət çıxmaqla yerli bazarımız yenə də hədəfsiz şəkildə yuvarlanır. Güya hər kəs bilirdi ki, dünya praktikasında krizis zamanı şirkətlər daha aktiv ve çevik marketinq yanaşması tətbiq edirlər? O halda bunu niyə müşahidə etmirik?
Misal üçün, deyəsən bu il Azercell “sanballı” şəkildə tərpənməyəcək. “Xallar” ok, “Bizklub” öz yerində, bəs səs-küyə səbəb olacaq ideya yoxdurmu? Başa düşmək olmur, əgər ən iri marketinq büdcəsinə sahib olan şirkət bilbordların 50%-ni almaqla, saysız hesabsız kampaniyar keçirməklə, day.az saytında ən yuxarı baneri göturməklə aktiv olduğunu düşünür? Mənə elə gəlir ki, Azercelldə departamentlər arası rəqabət gedir. Ən azı kənardan belə görünür. Kim daha çox kampaniya edəcək. Satışı stimullaşdırmağa yönəlmiş “product marketingin” əvəzinə “imic marketinqini” sınamaq olmazmı? Misal üçün “maksimum gənc” "gnctrkcll" layihəsindən fərqli olaraq həyat tərzinə çevrilə bilmədi. Rebrendinqi çıxmaqla maraqlı imic konsepti üçün maksimum 1,5 milyon pul lazımdır. Bu isə Azercell büdcəsinin cox az hissəsini təşkil edir zənnimcə. Bu ölkədə marketinqin inkişafı əslində birbaşa Azercell ilə bağlıdır. İllərdən bəri modanı Azercell müəyyən edərdi Azərbaycan adlı kənddə.
Nar Mobile adlı şirkəti ümumiyyətlə başa düşmək olmur. Misal üçün, mənə ele gəlir ki, bu şirkət bağlanacaq. Nece deyərlər “ni riba, ni maso”.
Akkord payız üçün yeni layihə hazırlamalı idi. Bildiyim qədəri ilə uduşlu lotoreya olmalı idi. Adı da “taleh açarı”. Çox iri çaplı layihə kimi görünürdü mənə. Amma səs soraq yoxdur. Reklamlarına görə mənzillərin sayı gündən günə azaldığından, son şansdır ev almaq üçün. Təklif edirəm hərəmiz bir mənzil alaq (kreditlə) və beləliklə heç olmazsa yeni layihənin necə olduğunu gorək.
Banklardan danışmıram. Bank Respublika inciməsin amma marketinq departamenti deyəsən “buxarlaşıb”. Anlamaq olmur bu susqunluğun məntiqini. Unibank haqqında yazmağım düzgün olmadıgından forumda oz fikirlərinizi bildirə bilərsiniz. AGBank deyəsən rebrendinqdən rebrendinqə aktivləşir. Rabitəbank "kartmane" layihəsinə başlayıb, amma bankın ümumi xəttini tutmaq olmur. Dəmirbankın rebrendinq layihəsini görmək istədim. Bank of Azerbaijan hələ də Şərq Qərb festivalını dəstəkləməyə davam edir. Kapital Bank U-15 liqasını aldı. Hansı məntiqlə? "Pensiyabank" olanda nə olar ki, əsas odur ki, ürəyin (marketinq mövqeləndirmən) təmiz olsun. Pensiyaçı bu ölkənin vətəndaşı deyil? Misal üçün Almanyada Sparkasse bu seqmentə xidmət etməklə onlarla məhsul və xidmət təklif edir. Atabankda iki ildir ki, bilbordlarda solo kart reklam olunur. Bu siyahını davam etmək olar.
Ən dinamik sektor hansıdır soruşsaniz deyərdim ki, avtomobil sektorudur. Fikrimcə bunun səbəbi dillerlərin birbaşa istehsalçılarla cox sıx əlaqəsinin olmasıdır. Yəni səbəb daxili deyil, əsasən xarici faktordur. Kreativ az olsada, ən azından krizisdə əlindən gələni etdilər. Mənim üçün səy hər şeydən vacibdir. Avtomobil şirkətlərin bu addımları alqışa layiqdir.
Digər tərəfdən mak.az forumunun bu qədər passivləşəcəyini düşünmürdüm. Niyə yazan yoxdur? Bölüşməkdən niyə çəkinirik? Marketerlerin forumunun passivliyi olkədəki marketinq bazarının güzgüsüdür.
Riteyl müştərilərlə işləyən digər şirkətlər deyəsən bomba partladacaqlar. Və ya "dədə-baba" qaydası ilə işləməyə davam edəcəklər. Ən yaxşısı onların fikrincə elə budur. Düz edirlər.
Aktivlik kimə lazımdır? Göz dəyər.
P'S: Dünya Ticarət Təşkilatına üzv olmağımızı səbrsizliklə gözləyirəm.
Baxılıb: 10316
Şərhlər (7)
Dunya Ticaret Teshkilatinin marketinqe bir basha dexli var. Klanus cesnoye slovo. Bele ki, DTT-na uzvluk Azerbaycan Respublikasinda teleb edecek ki proteksionist siyasetden el ceksin ve olkeye yeni shirketlerin girmesindeki qanunlari harmonizasiya etsin (asanlashdirsin). Neticede DTT uzvlukden sonra olkeye yeni xarici shirketler girecek. Tapshiriga ehtiyac olmayacaq. Reqabet daha guclu olacaq. Xarici shirketler yeni bazara daha agressiv girmeye calishacaqlar. Bu ise marketinqin ciceklenmesi demekdir. Mushterimerkezli marketinq on plana cixacaq. Gerbde oldugu kimi. Umid edirem sizin sualiniza cavab vere bildim.
İndi mənim sualıma cavab verin görüm Dünya Ticarət Təşkilatının bu marketinqə nə aidiyyatı var?PS çatmır.