Sosial şəbəkələrdə yayımla

Ancelina Coli, yeni Guerlain ətrinin reklam çarxında

Hollivud aktrisası Ancelina Coli, yeni Guerlain ətrinin reklam çarxında rol alıb. Reklam çarxının rejissoru Terrens Malikdir. 
Video çarx Provansda çəkilib. Çəkiliş üçün Fransanın bu regionu təsadüfən seçilməyib. Məhz burada lavanda ətrinin əsas inqrediyenti yetişir. 
Əməkdaşlıq barədə Guerlain və Ancelina arasında danışıqlar 2015-ci ildən başlamışdı. Rəsmi olaraq isə bu ilin yanvar ayında anlaşma barədə razılığıa gəlinmişdir. Ancelina Coli, Guerlain ilə əməkdaşlıqdan qazanacağı vəsaiti özünün xeyriyyə layihələrinə ayıracağı barədə açıqlama verib. Qeyd edək ki, daha öncə aktrisa heç bir kosmetika şirkəti ilə əməkdaşlıq etməmişdir.
 

Baxılıb: 323

Şərhlər