Sosial şəbəkələrdə yayımla

“Apple” ilə “Volkswagen” əməkdaşlıq edəcəklər

”Apple” şirkəti ilə “Volkswagen” avtomobil konserni “iCar” adı altında avtomobilin birgə istehsalına dair danışıqlar aparır. Tərəflər gənclər üçün yığcam, kiçik litrajlı avtomobil yaratmağı planlaşdırır ki, bu layihə çərçivəsində hər iki şirkətin ideyalarının həyata keçirilməsi nəzərdə tutulur. Almaniyanın “Volkswagen” şirkəti özünün qabaqcıl avtomobilquraşdırma konsepsiyalarına əlavə olaraq “Apple”dan mükəmməl texniki təchizat əldə edəcək.
Qeyri-rəsmi məlumata görə, bu yaxınlarda ”Apple” cihaz panelinin prinsipcə yeni naviqasiya sistemini yaratmaq üçün “Mersedes-Benz”lə əməkdaşlığa başlayıb və ilk nəticələr artıq 2008-ci ildə təqdim edilə bilər.
İri avtomobil konsernlərinin öz markaları altında mobil telefonların istehsalına artan marağını da qeyd etmək vacibdir. Məsələn, bu il yayın əvvəlində “Porsche” ilə “Hummer” özünün mobil telefonlarını təqdim edib. Əvvəllər BMW isə “Luxury” sinifinə aid telefonların işlənib hazırlandığını elan etmişdi.

Baxılıb: 4623

Şərhlər