Sosial şəbəkələrdə yayımla

Apple, yeni modellərini təqdim etdi

ABŞ mərkəzli texnologiya nəhəngi "Apple", San-Fransisko şəhərində təşkil etdiyi təqdimetmə mərasimində yeni modellərini tanıdıb. 
 
iPHONE 6S VE iPhone 6S PLUS
 
Yeni "iPhone" modelləri 25 sentyabr tarixindən 12 ölkədə satışa çıxarılacaq. "iPhone 6S" və "iPhone 6S Plus" mobil telefonlarının yeni özəllikləri isə bunlar olacaq:
- 3D Touch özəlliyi
- Əyilməyə dayanıqlı alüminium
- Qırılmağa və zərbələrə dayanıqlı daha güclü şüşə ekran
- İkinci nəsil Touch ID
- 12 meqapiksel iSight kamera
- 4K video çəkiliş özəlliyi
- 5 meqapiksel iSight ön kamera
- 8 milyon piksel rəngli ekran
- Hərəkətli və səsli şəkil çəkən “Live Photo” özəlliyi
- Daha sürətli LTE və Wi-Fi özəlliyi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
APPLE TV
 
San-Fransiskodakı tədbirdə "Apple TV" də tanıdılıb. Yeni "Apple TV", televizor anlayışına fərqli bir rəng qatacaq. "Apple TV"nin yeni funksiyası sayəsində oyun oynamaq mümkün olacaq. Ayrıca yeni "Apple TV"də alış-veriş özəlliyi də olacaq. İzləyicilər "Apple TV"də yayımlanan bir məhsulu çox asanlıqla satın ala biləcək. Bu özəlliyin e-ticarətə yeni bir rəng gətirəcəyi gözlənilir. Yeni TV-nin 32 və 64 GB yaddaşa sahib iki modeli olacaq. "Apple TV" dekabr ayından 80 ölkədə satışa çıxarılacaq. 
 
 
 
 
 
 
 
 
İPAD
 
"Apple" şirkətinin uzun zamandır daha böyük ekranlı bir “iPad”i satışa çıxaracağı haqqında şaiələr gəzirdi və təxminlər doğru çıxdı. Apple CEO-su Tim Cook, 12.9 inç ekran genişliyinə sahib yeni "iPad Pro" modelini tanıdıb. “iPad Pro”nun ayrıla bilən özəl bir klaviaturası və "Apple Pencil" adlı stylus qələmi olacaq. "iPad Pro" noyabr ayında satışa çıxarılacaq. Hələlik hansı ölkələrdə satışa çıxarılacağı məlum deyil. 
 
 
 
 

Baxılıb: 3773

Şərhlər