place for banner
F2F
Marketer yazarlarımız
Maraqlı dizayn və foto
Maraqlı dizayn və foto
McDonalds
Marketinq yoxsa Parketinq?!
Yükləmələr
Məqalələr
Axtarış

Xəbərlər
"Məncə" adlı yeni layihəyə start verilib

Çap versiyasıŞərhlərFacebookTwitter

2010-06-21

Cənubi Qafqazda ilk dəfə İnternet vasitəsi ilə birbaşa yayım.
 
Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda İnternet vasitəsi ilə canlı yayımlanan veriliş fəaliyyətə başladı. "Məncə" adlanan layihə, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə Azərbaycan Media Mərkəzi tərəfindən icra olunur. 
 
Verilişin məqsədi, cəmiyyətin müxtəlif sahələrinin inkişafına təkan verəcək mövzular ətrafında maarifləndirici müzakirələr aparmaq və debatlar üçün platforma yaratmaqdır.  
 
Artıq bu həftədən başlayaraq, veriliş hər cümə axşamı saat 16:00-da www.mediamerkez.az saytının ana səhifəsində yayımlanacaq.Verilişi həmçinin ACI-YF www.soros.az saytında izləmək mümkün olacaq.
 
İlk verilişin qonağı, kommunikasiya və marketinq üzrə mütəxəssis Rəşad Bayramov olub. Rəşad tamaşaçılara Azərbaycanda işə düzələrkən və ya iş yerini dəyişmək istəyərkən müxtəlif sosial şəbəkələrdən səmərəli istifadə etmək haqda məlumat verib.
 
"Məncə"-nin növbəti verilişini izləməklə yanaşı, həm də canlı olaraq qonaqlara suallar yaza, veriliş barədə şərh və təkliflər verə bilərsiniz.
 
Bundan əlavə, tamaşaçılar növbəti veriliş üçün qonaqlar və mövzular təklif edə və həmçinin verilişin qonağı ola bilərlər. 


Çap versiyasıŞərhlərFacebookTwitter

Baxılıb: 345

Şərh bildirmək üçün Sistemə daxil olub yenidən Ana səhifəyə qayıdın

Daxil ol

Şərhlər(2)

Rashad Nazarov Rashad Nazarov
2010-06-22 10:19
Xeyirli uğurlu olsun, nə olması önəmli deyil, kimlər olması vacibdir.
mak mak
2010-06-22 00:16
maraqlıdır ki, Rəşad bəyi sadəcə mütəxəssiz kimi təqdim edirlər, BP ilə olan əlaqəsi əvvəlki kimi önə çəkilmir... BP deyəsən arzu olunan marka deyil hal-hazırda, hətta öz əməkdaşları üçün belə
place for banner
place for banner
place for banner