place for banner
F2F
Marketer yazarlarımız
Maraqlı dizayn və foto
Maraqlı dizayn və foto
McDonalds
Marketinq yoxsa Parketinq?!
Yükləmələr
Məqalələr
Axtarış

Xəbərlər
NarMobile-ın reklam çarxı yaradıcılıq üzrə dünya mükafatına layiq görülüb

Çap versiyasıŞərhlərFacebookTwitter

2010-06-22

Azerfon şirkəti qürur hissi ilə bildirir ki, Nar Mobile reklam çarxı ABŞ-ın yaradıcılıq sahəsində ən iri mükafatı olan Creativity adlı beynəlxalq mükafata layiq görülüb. “Boyun sindromu” adlı reklam çarxının süjeti beynəlxalq münsiflər heyəti tərəfindən kifayət qədər orijinal adlandırılıb.

Reklam çarxı Azerfon-un yaradıcı tərəfdaşı olan Bruketa&Zinic şirkəti tərəfindən hazırlanıb. “Boyun sindromu” reklam çarxı məzəli pozalarda, boyunları əyilmiş vəziyyətdə gəzən müxtəlif adamları göstərir. Çarxın sonunda aydın olur ki, bu, telefon danışıqları nəticəsində əmələ gələn boyun qıcolması səbəbindən baş verib. “Çarxın məqsədi uzunmüddətli danışıqlar səbəbindən boyun qıcolmasına gətirib çıxardan Nar Mobile-ın yeni tariflərinin münasibliyini göstərməkdən ibarətdir”, - Nar Mobile başçısı Çinar Erek bildirmişdir.

Client: Nar Mobile
Creative Firm: Bruketa&Zinic OM - Zagreb, Croatia
Creative Team: Moe Minkara - Creative Director/Copywriter; Daniel Vukovic - Copywriter; Goga Golik - Art Director; Sarke - Producer; Levian Bakhia - Director; Helena Rosandic - Account Director

REKLAM Çarxı:



Bu mükafat NarMobile üçün beynəlxalq tanınma simvolu olaraq, bu ticarət nişanını innovasiya və inkişaf sahəsində Azərbaycanın nümayəndəsi kimi tanıdır.

Creativity International Awards reklam və qrafik dizayn sahəsində ən köhnə müstəqil beynəlxalq müsabiqələrdən biridir. Müsabiqə 1970-ci ildə təsis olunub. Hal-hazırda Creativity International Awards dünyanın qabaqcıl dizayn layihələrini birləşdirən yaradıcılıq üzrə illik müsabiqədir. Müsabiqənin münsiflər heyəti reklam və dizayn sahəsində çalışan peşəkarlardan ibarətdir.

 


Çap versiyasıŞərhlərFacebookTwitter

Baxılıb: 585

Şərh bildirmək üçün Sistemə daxil olub yenidən Ana səhifəyə qayıdın

Daxil ol

Şərhlər(6)

Azerbrand Azerbrand
2010-06-23 15:45
Ideya yaxşıdır, çarx yox. Telefonu ilk kadrlarda qətiyyən göstərmək olmazdı.

Press reliz isə... Маленькая страна, большие комплексы.
Sanballini Sanballini
2010-06-22 11:47
Ortababdı.
Commentist Commentist
2010-06-22 11:47
:)))
Yarım saatlıq axtarışdan sonra axır ki, tapdım.
Balam, adam bir linkdən-zaddan verər ki, istəyən rahatca baxa bilsin.
Ancaq tapdıqdan sonra linkin niyə olmaması mənə aydın oldu.
Çünki Nar Mobile mükafatçılar sırasında deyil! Mən isə onu mükafatçılar arasında axtarmışam.
Camaat PLATINUM,GOLD və SILVER mükafatları alıb.
Nar Mobile isə Honorable Mention.
Bu isə mükafat deyil. Diqqətəlayiq iş deməkdir. Əslində isə belə deməkdir: Müsabiqədə iştirak etdiyinizə görə minnətdarıq!
Hər halda, müsabiqədə iştirak etdiyinə və buna görə təşəkkür aldığına görə mən də Azerfon şirkətini təbrik edirəm!
Tarakama Tarakama
2010-06-22 11:42
son bir saat ərzində bu relizə eyforiya burulğanına düşmüş NarMobile tərəfindən sevincək bir-iki dəyişiklik edildiyini görüb bir düzəlişi də mən edim!
www.creativityawards.com/index.php?pr=40A_Consumer_TV_Single_Unit - bu linkdən belə məlum olur ki, NarMobile-ın reklam çarxı ümumiyyətlə heç bir mükafata layiq görülməyib.
Bu çarx Honorable Mention başlığı ilə sıralanmış çarxlarla bir göstərilir ki, bu da münsiflər heyətinin xüsusi diqətinə layiq görülmüş anlamından başqa heç bir məna vermir. Mükafatları isə (platinum, gold, silver), təəssüf ki, başqa işlər alıb...
Tural Piriyev Tural Piriyev
2010-06-22 11:36
Boyun sindromu çox gözəl fikir idi. Biz belə reklamları bizimkilərdən görməyə öyrəşməmişik.
Scientology, Azercellin hansı reklamına görə siz onu belə mükafata layiq bilirsiz?
Scientology Scientology
2010-06-22 11:22
Təbriklər.
Onda gərək Azercell reklamları qalaktikalar üzrə mükafata layiq görülə.
place for banner
place for banner
place for banner
place for banner