place for banner
F2F
Marketer yazarlarımız
Maraqlı dizayn və foto
Maraqlı dizayn və foto
McDonalds
Marketinq yoxsa Parketinq?!
Yükləmələr
Məqalələr
Axtarış

Xəbərlər
Azercell TeliaSoneranın Avrasiya üzrə təmsilçilərini bir araya yığdı

Çap versiyasıŞərhlərFacebookTwitter

2010-07-07

Bakıda “TeliaSonera Avrasiya Roaminq Görüşü # 1” adlı toplantı keçirilir

İyulun 5-7-də Bakıda “TeliaSonera Avrasiya Roaminq Görüşü # 1” adlı toplantı keçirilir. İlk dəfə olaraq belə bir formatda baş tutan bu toplantı “Azercell Telekom MMC” tərəfindən təşkil olunub.
Toplantının əsas məqsədi 2010-cu ildə TeliaSoneranın Avrasiya regionunda fəaliyyət göstərən operatorları arasında başlayan birgə rouminq layihələri üzrə hesabatları müzakirə etməkdir. Bundan əlavə,  gələcəkdə  operatorlar arasında rouminq layihələrinin təyin olunması haqqında da fikir mübadiləsi aparılacaq. Toplantı zamanı nəinki TeliaSonera Avrasiya ailəsinə məxsus şirkətlər, həmçinin onların digər olkələrdə fəaliyyət göstərən mobil operatorlarla  daha aşağı rouminq tariflərindən yararlanmaq  ücün imkanlar araşdırılacaq.
Görüşdə açılış sözü ilə çıxış edən Azercell Telekom MMC-nin Prezidenti Ali Ağan roaminq mütəxəssislərinin Bakıda bir araya gəlməsini çox əhəmiyyətli bir hadisə kimi dəyərləndirdi. “Artıq 152 ölkənin 397 operatoru ilə rouminq sazişi olan Azercell Telekom həm öz təcrübəsi ilə bölüşməyə, həm də TeliaSonera Avrasiya ailəsinə daxil olan şirkətlərin ən qabaqcıl təcrübəsini öyrənməyə hazırdır. İnanıram ki, bu və növbəti görüşlər abunəçilərimizə daha cəlbedici rouminq tarifləri təqdim etməkdə böyük dəstək olacaq” – deyə Ali Ağan bildirdi.
İlk belə toplantıda ümumilikdə rouminq prosesləri, roamcell xidməti üzrə keyfiyyət, eləcə də gəlirin daha da  artırılması ilə əlaqədar müxtəlif sahələrdə birgə təhlillərin aparılması nəzərdə tutulub. Şirkət rəhbərləri görüşünün daha bir məqsədi də operatorlar arasında sıx əməkdaşlığın yaradılmasından ibarətdir.

“TeliaSonera” şirkətinin Avrasiya Biznes Sahəsi “Fintur” (74%) şirkətinin Qazaxıstan (“Kcell”), Azərbaycan (“Azercell”), Gürcüstan (“Geocell”) və Moldovadakı (“MoldCell”) fəaliyyətlərini əhatə edir. Bu biznes sahəsi həmçinin Rusiyanın “MegaFon” (44%) və Türkiyənin “Türkcell” (37%) şirkətində “TeliaSonera” şirkətinin səhmdarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün cavabdehdir.


Çap versiyasıŞərhlərFacebookTwitter

Baxılıb: 192

Şərh bildirmək üçün Sistemə daxil olub yenidən Ana səhifəyə qayıdın

Daxil ol

Şərhlər(1)

Julia Julia
2010-07-08 09:56
maraglidi geliri nece artiracaglar ?
place for banner
place for banner
place for banner