place for banner
F2F
Marketer yazarlarımız
Maraqlı dizayn və foto
Maraqlı dizayn və foto
McDonalds
Marketinq yoxsa Parketinq?!
Yükləmələr
Məqalələr
Axtarış

Xəbərlər
“flydubai” şirkəti Ramazan ayı üçün presedentsiz səxavətli təkliflə çıxış edib

Çap versiyasıŞərhlərFacebookTwitter

2010-07-21

Dubayın ilk qənaətcil hava yolları olan “flydubai” şirkəti müqəddəs Ramazan ayında Avqustun 15-dən Sentyabrın 6-na kimi səyahət edəcək  bütün sərnişinlərə biletə görə ödədikləri  bütün xərcləri 100 faiz geri qaytaracaq 

Şirkət ilk dəfə olaraq qeyd olunan müddət ərzində edilən uçuşlara görə yüzfaizlik təzminat təklif edir.

Sərnişinlər Avqustun 1-dən əvvəl sifariş edilmiş və 15 Avqust - 6 Sentyabr tarixlərində həyata keçirilmiş yalnız bəzi reyslərdə  vergiləri özləri ödəməli olacaqlar. Təzminat sərnişinlərə elektron poçt vasitəsilə 2010-cu il, sentyabrın 9-da vauçer formasında veriləcək. Vauçer almış sərnişinlər 2010-cu il Dekabrın 8-nə kimi həmin vauçerdən “flydubai” şirkətinin istənilən reysi üzrə istifadə edə biləcəklər.

Bununla bağlı “flydubai” şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt bildirib: “Ramazan bəxşiş ayıdır və ailələrlə, dostlarla birləşmək üçün əla vaxtdır. “flydubai” şirkəti olaraq biz müştərilərimizin Ramazan ayında  öz sevdiklərinə qovuşmasını asanlaşdırırıq. Biz inanırıq ki, müştərilərimizə əsl təklif və elə bir uyğun şərtlər veririk ki, bunlar həm əladır, həm də əldən qaçırılmamalıdır”.

Sözügedən təklif Bakı-Dubay reysi ilə uçan bütün sərnişinlər üçün də qüvvədədir. Kabil, Cibuti, Ərbil və İstanbulu çıxmaq şərti ilə təzminat “flydubai” şirkətinin bütün təyinat məntəqələrinə uçan sərnişinlər üçün qüvvədədir.

Qeyd etmək lazımdır ki, İyulun 17-də “flydubai” şirkəti İraqın Ərbil şəhərinə öz ilk uçuşunu edərək təyinat məntəqələrinin sayını 22-yə çatdırıb.


Çap versiyasıŞərhlərFacebookTwitter

Baxılıb: 403

Şərh bildirmək üçün Sistemə daxil olub yenidən Ana səhifəyə qayıdın

Daxil ol

Şərhlər(3)

Tarakama Tarakama
2010-07-21 15:23
'Şirkət ilk dəfə olaraq qeyd olunan müddət ərzində edilən uçuşlara görə...'
Erməni budaq cümlələrinə dair bundan yaxşı nümunə?!
Tarakama Tarakama
2010-07-21 15:21
biri də gəldi! Press-relizi yazan mirzələr Hicri-qəməri Ramazan ayı ilə bərabər Qriqorian təqviminə də presedentsiz dərəcədə hörmət edir, Avqust və Sentyabr aylarını da müqəddəs sayır. Nədən bildim? Görmürsünüz, baş hərflərlə yazılıb adları.
A gədələr, indi də işinizi-gücünüzü buraxıb girişmisiniz Azərbaycan dilinin orfoqrafiyasının təməl daşlarını yerindən oynatmağa?)
Tarakama Tarakama
2010-07-21 15:16
presedentsiz. kimsiz? həəə, indi belə məlum olur ki, bəzi sözləri Azərbaycan dilinə tərcümə etmək qəti qadağan imiş... Mütləq gərək kafir firəng dilində yazıla... Presedentsiz! Sözə bax eee...
place for banner
place for banner
place for banner