Sosial şəbəkələrdə yayımla

Bakıda “Harley-Davidson” mağazasının rəsmi açılışı olub

 

“Azman.co” “Harley-Davidson”un Azərbaycanda ilk və yeganə distribütorudur. 
 
Bibiheybət prospekti, 2, Bina 7 ünvanında yerləşən mağazada geniş geyim və aksessuar kolleksiyası var. Hər iki cinsin nümayəndələri üçün satılan geyimlər peşəkar və gündəlik sürüş üçün nəzərdə tutulan kateqoriyalara bölünür. Bundan əlavə mağazada “Harley-Davidson” markalı dəbilqə, dəri gödəkçə, əlcək, kəmər, bandana, kepka, pul çantası, portmane, idman çantaları, may

kalar, eyni zamanda məişət avadanlıqları – fincanlar, iskənələr, daxıl, qab-qacaq və s. satılır. 
 
Həmçinin böyük aksesuar seçimi var. Burada qadınlar üçün bijuteriya əşyaları,“Harley” sevənlər üçün ofis ləvazimatları da var. 
“Azman.co” MMC-nin baş direktoru Rüfət Məsimovun verdiyi məlumata əsasən, “Harley-Davidson Baku” motosikletləri bütün dünyada tanınır: “Azərbaycanda da bu motosikletlərə tələbat var. Bunu nəzərə alaraq Azərbaycanda da mağazanı açmaq qərarına gəldik”. 
Mağazada mühərrikin dəyişdirilməsindən tutmuş xarici görünüşün dəyişdirilməsinədək hər şey mümkündür. Bütün bu işlər sırf peşəkarcasına, zavod tövsiyyələri əsasında həyata keçirilir. Dəyişikliklər edilərkən zəmanət qüvvədə qalır. Bütün bunları həyata keçirəndə isə insan sırf özünün oturuşuna və həyat tərzinə uyğun bir motosiklet əldə edir. /anspress
 

Baxılıb: 938

Şərhlər

Şərh bildirmək üçün Sistemə facebook hesabınızdan istifadə edərək login ola bilərsiniz...