Sosial şəbəkələrdə yayımla

Asiyanın yüksəlişinin səbəbi

Hər mövzuda olduğu kimi alacağım maşın haqda da çox kəskin çizgilər müəyyən etmək tərəfdarıyam. Yerdən hündür, içi geniş, yumuşaq, xarici görünüşü simpatik, çox köhnə olmayan. Təbii ki, müəyyən qiymət aralığında. Yeni maşın alacağım halda özümə müəyyən etdiyim meyarlardı. Bakıda maşın almaaq dəminə gəldikdə axtarışım Kia Carens üzərində dayanmışdı. Çox məsləhətləşmələr və axtarışdan sonra özümə uyğun gördüyüm birini satın almışdım. Həqiqətən bu üsulu bəyəndim. Maşın təkcə mənim yox hamının ürəyincə oldu.

Albaniyaya köçəndən sonra, təbii ki, sıra maşın almaq məsələsinə də gəldi. Yenə eyni meyarlar işə düşdü. Bu dəfə artıq alternativ markaları sıfırdan formalaşdırmaq lazım gəlmədi. Bakıda olduğu kimi 2008 vəya 2009 Kia Carens, 2006 vəya 2007 Toyota RAV-4, 2005 Nissan X-Trail ilk sırada.

Amma nə oldusa o anda oldu.

Albaniya Qərbi Avropaya yaxın və gömrük şərtləri çox yüngül bir ölkə olduğu üçün burada əsasən Almaniya, Hollandiya, İsveçrə və İtaliyadan gətirilmiş maşınlar satılır. Təbii ki, Avropa markaları. Yuxarıdakı siyahı isə Asiya markalarına aiddir.

Bir an durub düşündükdə görmək olar ki, axtardığım meyarlar belə demək mümkünsə “ailə maşını” başlığına uyğundur. Bu kateqoriyaya krosoverlər və kiçik tipli SUV-lər daxildir əsasən. Asiya markaları bu tipli maşınları uzun müddətdir istehsal edir. Avropalılar isə ötən onilliyin ortalarında ayıldılar. Əslində dünya avtomobil bazarında asiyalıların önə keçməsinin əsas səbəblərindən biri də elə məhz avropalıların bu seqmentdəki ehtiyacı görməməsi oldu. Təbii ki, ailə mövhumundan xəbərsiz avropalıların “ailə maşını” haqda düşünməsi gözlənilməməlidir.

Bugün maşın portfolioloruna baxdıqda bu tipli maşını ilk təqdim edən avropalı Opel olub – 1999-dan Zafira. Bir də Volkswagen -Touran. Dizayneri türk, adı Turan. Çox əlamətdardır. Bazarda 2003dən etibarən satılmağa başlayıb.

Uzun sözün qısası indi qalmışam maşınsız. Hardasan ay Carens? :)

Baxılıb: 5104

Şərhlər