“Asustek” şirkəti ucuz noutbuklar hazırlayıb
Tayvanın “Asustek Computer” şirkəti gələn ay noutbukun yeni büdcə modelini bazara çıxaracaq. Təqdim olunan noutbukun ən sadə modifikasiyası 200 ABŞ dolları, digər variantları isə 245-300 ABŞ dolları təşkil edir. İntel şirkəti ilə birgə hazırlanmış modelin ekranının diaqonalı 7 düym ölçüdə olması gözlənilir. Noutbuk Linux əməliyyat sistemi bazasında işləyəcək.
Xatırladaq ki, hal-hazırda bütün əksər böyük kompüter şirkətləri inkişaf etməmiş ölkələr üçün xüsusi qiymətə kompüterlərin istehsalını planlaşdırırlar.
Baxılıb: 5366
Şərhlər