Sosial şəbəkələrdə yayımla

Azərbaycan Marketinq Cəmiyyəti «Özünü idarəetmə» üzrə seminarlar keçirir

Azərbaycan Marketinq Cəmiyyəti azərbaycanlı iş adamları, dövlət məmurları, mütəxəssislər və gənclərə, cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinə «Özünüzü idarə etməklə səmərəliliyinizi artırın» çağırışı ilə müraciət edir və Azərbaycanda ilk dəfə olaraq «Özünü idarəetmə» üzrə seminarlar seriyasını təşkil edir.

Seminarlarda aşağıdakı məsələlər müzakirə olunacaq:

- «Self-management» nədir?;

- «Self-Management»in 12 qaydası;

- «Self-Management» nəzarət siyahısı (12 alət).

Seminarlarda iştirak etmək istəyənlər 430 57 57/430 01 00 telefon nömrələri və ya info@marketing.az elektron poçtu vasitəsilə Azərbaycan Marketinq Cəmiyyətinə müraciət edə bilərlər.

Baxılıb: 3649

Şərhlər