Sosial şəbəkələrdə yayımla

Azərbaycanda biznes təhsili - 1

Dünyada biznes təhsilinin əsrdən çox yaşı var. Bu dövrdə elmləşmə də olub, məktəbləşmə də, təmayülləşmə də, ixtisaslaşma da. Artıq biznes təhsili o qədər şaxələnib ki, hər bir sektor üzrə özünün menecment ixtisası var. Məsələn, Health Management, Education Management vəya Sports Management.

Bu faydalıdır, yoxsa lüzumsuz? Mənfi haldır, yoxsa müsbət? Təbii ki, hər bir işin müzakirə edilə biləcəyi və heç bir işin mükəmməl ola bilməyəcəyini nəzərə alsaq qüsur tapmaq elə də çətin olmamalıdır. Üstəlik insan faktoru daim inkişaf və yenilənmədə olduğu üçün heç bir sistem əbədi deyil. Amma Vos-Vos demiş “Yenisi çıxanadək ən optimalı hələ ki, budur”.

Bizim predmetimiz isə vətənimizdəki biznes təhsilidir. Mövzuya belə daxil olmağımız milli vərdişə uyğun olaraq “vəziyyət pisdir” nidasını qüvvətləndirmə üçün deyil. Çünki, istənilən cəmiyyətdəki prosesləri çox normal qəbul edib səbəblərini araşdırmaq lazımdır. Və hər bir inkişafın subyektiv və obyektiv faktorlardan təsirlənən proses olduğunu nəzərə almaq lazımdır. Bizdə hazırda biznes təhsili ilə bağlı vəziyyət ürəkaçan olmasa da, geniş götürəndə cəmiyyətdəki və biznesin özündəki proseslərə müqabil olduğunu demək olar.

Sovet əmtəəşünaslığı, “buxçot”u və ticarətindən müasir biznesə keçirik. Deyərdim ki, 2000-ci illərə başlamadan öncə biznesdə müəyyən tərpənişlər yaşasaq da, biznes təhsilindəki tərpənişlər biraz ləngidi. Demək olar 2-3 ildir Azərbaycanda biznes təhsili vüsət almağa başlayıb. Hər iki sahədə inkişaf çox ləng gedir o da öz yerində.

Burada önəmli məqam biznes təhsili ilə təhsil biznesinin inkişafını qarşılıqlı olaraq analiz etməkdir. Belə ki, dünya təcrübəsi də göstərir ki, ən gəlirli təhsil sahələri – biznes, mühəndislik və tibbdir. Və özəl universitetlər ilk olaraq bu 3 ixtisasa istiqamətlənir. Bizdə tibbin özəl universitetlərdə təhsili yasaqlandığı üçün qalır BA və Engineering. Yəni təhsil inkişaf etdikcə və biznes kimi sürət yığdıqca biznes təhsili də öz-özlüyündən sürət yığmalıdır.

90-cı illərdə “özəl universitet” deyəndə “diplom ticarəti” nəzərdə tutulurdusa pioner Qafqaz və Xəzər bu düşüncəni dəyişdilər. Sonrada bu karvana Azərbaycan və Qərb universitetləri də qoşuldu. Beləliklə, ilk 20 il üçün Azərbaycanda biznes təhsilini 3-4 sözlə ifadə edəsi olsaq ortaya belə bir mənzərə çıxacaq – Georgia State University, XİQ, ingilisdilli və azərbaycandilli təhsilin fərqləri, kitabsızlıq, müəllimsizlik, sistemsizlik. 
 

Baxılıb: 6262

Şərhlər(5)

Şərhlər (5)

24x7 24x7
Ən azından gənclər üçün seminarlar aparmağa razı olmaq. əgər departament müdiridirsə, xaricdə oxuyan şəxsdirsə heç vaxt razı olmaz ki gənclər üçün ödənişsiz seminar aparsın. Çünki ödənişsiz və gənc qəbul edilə biləcək ifadə deyil.
Vüsalın bir neçə gənclər üçün seminarında iştirak etmişəm. Təşəkkürlər Vüsal.
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
Öyrənmək və öyrətmək

Öyrənmək ibarətdir - eoriya praktikada işə yaramır populizmini yerə qoymaq, mütaliə etmək və etdiklərini təcrübə ilə cəmləşdirmək.

Öyrətmək ibarətdir - kitab yazmaq və saat hesablı dərs götürmək.
M.R.researcher M.R.researcher
men de onu sorushuram, neyniyek? :)
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
Yeyək, içək, kef eləyək :)

Təhsil pisdi demək əvəzinə təhsilin yaxşılaşması üçün nəsə eləmək lazımdır
M.R.researcher M.R.researcher
Vusal, yazi ucun teshekkurler. Ama cozum yolu nedi? diger tehsil saheleri kimi biznes tehsili de yaxshi gunde deyil. bes neyniyek?