Sosial şəbəkələrdə yayımla

Azərbaycanda biznes təhsili - 3

Amma...

Axı burada təhsil üçün istifadə edilən mənbələr qlobal, daha doğrusu əcnəbidir. Deməli təlimçi ya bu mənbədən bizə lazım olmayan təhsili verməyə davam edəcək, ya da mənbəsiz şəkildə sektordan nələrsə tədris edəcək. Mənbə istifadə edilsə belə misallar yerli olacaq... Yenə sosial duzu olan sahələr qalır qıraqda... Ya da qalır müəllimin çiyninə.

3 fərqli MBA proqramında dərs keçdikdən və BBA proqramlarını araşdırdıqdan sonra gəldiyim nəticə isə Azərbaycanda ingilis dilində magistr və aspirantura təhsilinin demək olar lüzumsuz bir şey olması oldu. Belə ki, həm TQDK-nın ingilis dilli ixtisaslara qəbul şərtləri çox yüngüldür, həm də ingilis dilində effektiv təhsil ala biləcək tələbələr əksərən xaricə yollanır. Necə ki, ən yaxşı tələbələrimdən biri yollandı, digəri isə yaxında yollanacaq. Geriyə qalır qənaətbəxş ingilis dili bilgisi olanlardan ancaq 1 – yaxşı işi olub onu buraxmadan diplom almaq istəyənlər, 2 – xaricə getməyə maddi imkanı çatmayanlar və 3 – xaricə buraxılmayan qızlar.

Bakalavr təhsili isə nisbətən effektivdir və bunu həm XİQ-də, həm Azərbaycan Universitetinin BBA-ndə görürük. Amma orada da problemlər yox deyil.

Nəticədə deyə bilərəm ki, Azərbaycanda universitetlərin müəllimləri təmin etməməsi, sektorda olanların təhsilə diqqət ayırmaması və sosial əsaslı biznes sahələrində dərslik qıtlığından dolayı Azərbaycanda biznes təhsili əksikdir. Bu mənalarda dəyişiklik və inkişaf yox deyil. Ona görə yaxın 3-4 il üçün ümidli bir mənzərə yaranır.

P.S. Azərbaycan ad çıxarmış Qafqaz və XİQ-də əslində mükəmməl bir sistem, super məüllim heyəti vs. kimi mövzular deyil üstünlük gətirən. XİQ-də məsələn müəllimlər sektordandırsa, Qafqaz-da möhkəm intizamı və prinsipiallıq var. Amma yenə də mükəmməl bir təhsil və “super” tələbələrdən bəhs etmək doğru olmaz. Sadəcə əla rəqabət mühiti yaradılıb və bu sayədə tələbələr məqsədlidirlər. Bu isə hazırki şəraitdə Competitive Advantage üçün yetərli olur. Şirkətlər onsuz da lazımi praktik bilgini özlərinin verməli olduqlarını qəbul ediblər. Beləcə demək olar ki, Azərbaycanda aparıcı biznes təhsili müəssisələri elə peşəkar şirkətlərdir.

Baxılıb: 4975

Şərhlər