Sosial şəbəkələrdə yayımla

Azərbaycanda marketinqi ən çox kim tənqid edir?

"Mak.az" internet resursunda aparılan sorğuya əsasən ölkəmizdə marketinqi daha çox tənqid edən müştərilər və şirkətin öz işçiləridir. Ümumiyyətlə nəticələrə görə şirkət və onun rəhbərliyi marketinqin fəaliyyətindən narazı olmağı ölkədə marketinq departamentləri və şirkət arasında olan problemləri açıq şəkildə ortaya qoyur. Bu toplam 32% tənqidin yarandığı mənbələrdir.
Bundan başqa maraqlı digər faktor isə tənqid məsələsində marketinq/reklam agentliklərinin daha mühafizəkar və ya passiv olmasıdır.

14% respondent isə marketinq fəaliyyətinin ən ideal vəziyyətdə olduğunu düşünür.

Şirkətinizin marketinq fəaliyyətini daha çox kimlər tənqid edir?
 
Müştərilər 18%
Şirkətin öz işçiləri  17%
Şirkətin rəhbərliyi   15%
Rəqiblər   13%
Heç kim tənqid etmir   14%
Hamı tənqid edir  14%
Reklam və Marketinq agentlikləri 9%

 

Baxılıb: 2789

Şərhlər(4)

Şərhlər (4)

Anar Valiyev Anar Valiyev
MakPowerle tamamilə razıyam...
MakPower MakPower
Görünür Bazarlamanın (Marketinqin) ideal vəziyətdə olduğunu düşünən elə Bazarlayıcıların (Marketoloqların)özləridir. Azərbaycanda Marketinq düşüncəsi hələ formalaşmayıb. Mənə elə gəlir ki, Marketinqdən narazıyam deyən o 18% müştərilər, 17% işçilər, 15% rəhbərlərin bir çoxu konkret olaraq nədən narazı olduqlarını bilmirlər. Yəni ola bilər ki, hər hansı bir X şirkət reklam olunmur müştəri Marketinqdən narazıdır. Amma bu o demək deyil ki, Marketinq aşağı səviyyədədir. Çünki Marketinq onların gözündə reklamdır və təbii ki, bu belə deyil.
seaman seaman
Raziyam :)))
QAMKA QAMKA
Kataloq.net