Sosial şəbəkələrdə yayımla

Azərbaycanin Sənaye və Energetika nazirliyi, Sap və HP şirkətləri konfrans keçirdilər

Azərbaycanın Sənaye və Energetika Nazirliyində “Azərbaycan müəssisələrinin xidmətlərinin idarəolunmasında müasir texnologiyalar” mövzusunda konfrans keçirilmşdir. Neft və qaz sektorunda yüksək texnologiyaların tətbiqinə həsr olunmuş konfrans Azərbaycanın Sənaye və Energetika Nazirliyi, SAP və HP şirkətləri tərəfindən keçirilmişdir.

Konfransda çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev yeni idarəetmə sistemlərinin

Azərbaycanın neft və qaz sektorunda tətbiqinin vacibliyi haqqında danışmışdır. N.Əliyev qeyd etmişdir ki, informasiya texnologiyaları vasitəsilə yeni idarəetmə sistemlərinin tətbiqi müəssisələrin fəaliyyətinin effektivliyini dəfələrlə artırmağa imkan verir. Nazir demişdir ki, iqtisadiyyatın müxtəlif sahələrinin dünya liderləri informasiya texnologiyaları vasitəsilə həyata keçirilən müasir idarəetmə sistemlərindən aktiv istifadə edir.

SAP-ın MDB üzrə icraçı direktoru Boris Volpe SAP şirkətinin fəaliyyəti haqqında danışdı. O, konfrans iştirakçılarını SAP şirkətinin MDB məkanı üzrə strategiyaları haqqında məlumatlandırmışdır. Onun sözlərinə görə, ABŞ və Rusiyaının neft və qaz sektorunda fəaliyyət göstərən ən iri şirkətlər SAP texnologiyalarından istifadə edirlər.

SAP şirkətinin biznes-həllər üzrə mütəxəssisi Yuliya Salamatina Rusiyanın neft və qaz sektorunda SAP şirkətinin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

SAP şirkətinin MDB üzrə korporativ müştərilərlə iş üzrə meneceri Dmitri Pilipenko müasir neft və qaz müəssisəsinin idarəolunmasında ERP-texnologiyalarının istifadəsi haqqında təqdimat keçirmişdir.

Konfransda həmçinin HP şirkətinin texniki məsləhətçisi Aleksandr Qolovçenko çıxış etmişdir. A.Qolovçenko “Neft-qaz sektorunun müəssisələri üçün xidmətlərdə müasir HP texnologiyaları” mövzusunda təqdimat keçirmişdir. Çıxış zamanı, A.Qolovçenko qeyd etmişdir ki, HP şirkətinin serverləri dünya bazarlarının 33,6%-ni tutur. HP serverləri istifadədə qənaətə imkan verir. Məsələn, neft və qaz sektorunda fəaliyyət göstərən və SAP həllərindən və HP Integrity serverindən istifadə edən OMV şirkəti ildə bir milyon Avroya qənaət edir.

A.Qolovçenko həmçinin HP BladeSystem serverləri haqqında ətraflı danışmışdır. Hal-hazırda HP BladeSystem serverləri dünya bazarının 45%-dən çoxunu tutur. Bu serverlər müasir müəssisələr üçün müxtəlif mürəkkəb fəaliyyət üçün optimaldır. Təqdimat zamanı o neft-qaz sektorunda effektiv istifadə üçün mövcud olan HP texnologiyalarından danışmışdır.

Konfransda həmçinin Sənaye və Energetika Nazirliyinin, ARDNŞ, “Azərenerji”, “Azəriqaz” və dövlət strukturlarının nümayəndələri çıxış etmişlər.

Qeyd etmək lazımdır ki, HP və SAP şirkətləri 1989-cu ildən qlobal səviyyədə əməkdaşlıq edirlər. HP SAP şirkətinin biznes-həllərindən istifadə edir. SAP HP şirkətinin Superdome, ProLiant avadanlıqlarının istifadəçisidir. Həmçinin, SAP şirkəti HP şirkətini Data Center Provider seçmişdir.

Baxılıb: 4681

Şərhlər