Sosial şəbəkələrdə yayımla

Azərbaycanın xəritəsini təhrif edən reklam çarxı Rusiya telekanallarının efirindən çıxarılıb

Azərbaycanın Rusiyadakı səfirliyinin gördüyü tədbirlər nəticəsində ölkəmizin xəritəsini təhrif edən və Rusiya ictimaiyyətində yanlış fikir yaradan reklam çarxı bu ölkənin telekanallarının efirindən çıxarılıb.

Belə ki, bir sıra Rusiya telekanallarının yayımladığı mobil əlaqə operatoru «Meqafon» reklam çarxında MDB ölkələrinə zənglər barədə məlumat təqdim olunarkən coğrafi xəritədə Azərbaycanın ərazisi Ermənistan kimi təqdim olunub. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakı şəhəri göstərilmədiyi halda, «Ermənistan» adı altında təqdim olunan məkanda nəinki onun müasir paytaxtı, həm də orta əsrlərə aid Armavir şəhəri də xəritəyə salınıb. Azərbaycan səfirliyi reklamda yol verilən təhrifi aradan qaldırmaq tələbi ilə «Meqafon» rəhbərliyinə rəsmən müraciət edib. Səhmdar cəmiyyətinin rəhbərliyi Azərbaycan diplomatik nümayəndəliyinin müraciətinə operativ münasibət bildirib və iyulun 18-dən reklam çarxının televiziya ilə nümayişi tamamilə dayandırılıb.

Baxılıb: 5970

Şərhlər