Sosial şəbəkələrdə yayımla

AZƏRBAYCAN İNTERNET FORUMU «BAKCELL»in REKLAMINDA UŞAQDAN İSTİFADƏ OLUNMASININ ƏLEYHİNƏDİR

Azərbaycan İnternet Forumu Milli Televiziya və Radio Şurasına, ombudsmana, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Müraciətdə deyilir ki, son vaxtlar televiziyalarda «Bakcell» şirkətinin danışıq kartlarının reklamında körpə uşaqdan istifadə olunması ictimaiyyət arasında narahatlıqla qarşılanıb.
Müraciətdə bildirilir ki, «Bakcell»in öz məhsulunun reklamı zamanı «cinbala» kimi təqdim olunan körpə uşaqdan istifadə etməsi BMT-nin «Uşaq hüquqları konvensiyası»na, Azərbaycanın «Televiziya və radio yayımı haqqında» qanununun 35.14-cü maddəsinə və «Reklam haqqında» qanunun 21-ci maddəsinə ziddir.
İnternet Forumu Azərbaycanda uşaqların hüquqlarının qorunması istiqamətində ciddi addımların atılmasını, uşaqların istifadə etmədiyi, xüsusilə onların sağlamlığı üçün təhlükəli olan əmtəə məhsullarının və xidmətlərinin reklamında uşaqlardan istifadə olunmasına qarşı mübarizə aparmağı zəruri sayır.
Müraciətdə Milli Teleradio Şurasından, ombudsmandan və paytaxt meriyasından «Bakcell»in reklamında körpə uşaqdan istifadə olunmasının qarşısını almaq üçün tədbirlər görülməsi xahiş olunur.

Baxılıb: 5040

Şərhlər