Sosial şəbəkələrdə yayımla

Azərbaycan komandası HP Global Business Challenge müsabiqəsində qalib gəldi

Azərbaycandan olan tələbələr İrina Lesnyak (19 yaş) və Azər İsmailov (20 yaş) XII HP Global Business Challenge illik müsabiqəsində qalib gəldiklərinə görə 2,250 avro ilə (3,000 ABŞ dolları) mükafatlandırılıblar.  Beynəlxalq müsabiqə tələbələri hipotetik biznes çərçivəsində maliyyə sərmayələri, tədqiqat və inkişaf, qiymət qoyma quruluşu, marketinq və istehsalat səviyyəsi daxil olmaqla, iki və ya bir yarımillik üçün büdcəyə aid qərarları qəbul etməyə dəvət edir.

HP-nin Praqa ofisində təşkil olunan, müsabiqənin final mərhələsində Argentina, Azərbaycan, Kanada, Çin, Litva və Rusiyadan olan komandalar iştirak etməşlər. 374 komandaya bölüşdürülmüş və dünyanın 16 ölkəsini təmsil edən 1470-dən artıq tələbə öz biznes məharətlərini nümayiş etdirmək məqsədilə Praqaya gedəcək 8 komandanı təqdim edən 16 tələbəni seçmək məqsədilə müsabiqənin ilkin mərhələlərində iştirak etdilər.
Avropa, Yaxın Şərq və Afrika regionları üçün korporativ marketinq və qlobal vətəndaşlıq üzrə HP-nin vitse-prezidenti Qabi Zedlmayerin sözlərinə görə, “HP anlayır ki, yeniliklər, müxtəliflik və gələcək sahibkarlar arasındakı qlobal əməkdaşlığı təşviq etmək məqsədilə Junior Achievement kimi təşkilatlarla yaradılan birliklərin arxasında böyük potensial mövcuddur”.
HP tərəfindən maliyyələşdirilən və Junior Achievement (JA) Worldwide təşkilatı tərəfindən təşkil edilən müsabiqə, JA Titan™ (ali məktəb tələbələri üçün nəzərdə tutulmuş onlayn oyun hansı ki, tələbələrə özlərini icraçı direktor və ya maliyyə direktoru vəzifəsində hiss etməyə imkan yaradır) oynayan tələbələr tərəfindən keçirilir. İnternet texnologiyalarına əsaslanan, interaktiv şirkətlər simulyasiyasından istifadə edərək, tələbələr kritik iqtisadi və idarəçilik məsələlərini icra edirlər. 2030-cu ilə nəzərilə quraşdırılmış JA Titan, tələbələrə onların mümkün gələcəyini nümayiş etdirir, o cümlədən qlobal müəssisə ilə idarə edərkən üzərə çıxan çətinliklərin aradan qaldırılmasında onlara ilkin təcrübə verir.
JA Worldwide təşkilatının prezidenti və baş icraçı direktoru Herald Çarneçki əlavə edir ki, “Bu müsabiqə tələbələrə icraçı direktor həyatını yaşamağa əla imkan təqdim edir; o, JA Titan-da əldə etdikləri sahibkar təcrübələrini tətbiq etmək üçün əla imkandır.  HP Global Business Challenge müsabiqəsi həmçinin tələbələrə dünyanın müxtəlif ölklərindən olan yaşıdlarılə görüşmək üçün unikal imkanı təmin edir, o cümlədən onları qlobal iqtisadiyyat mühitində fəaliyyət göstərməyə hazırlayır.”

Baxılıb: 5697

Şərhlər