Sosial şəbəkələrdə yayımla

Azərbaycan Marketinq Cəmiyyəti elan edir

Dünyanın ikinci ən böyük universiteti olan Azad Universiteti artıq 2 ildir ki, Böyük Britaniyanın Oksford şəhərində yerləşən məşhur Kinqston Universiteti ilə əməkdaşlıqla Oksfordda Azad Universiteti açmışdır. Bu universitetdə memarlıq və komputer elmi üzrə bakalavr, magistr və fəlsəfə doktoru üzrə tədris proqramları, xaricilər üçün ixtisaslaşmış ingilis dili və digər kurslar fəaliyyət göstərir. Bu universitetin spesifik cəhəti ondan ibarətdir ki, o, bizim regionumuzdan olan tələbələr və Oksfordun Kinqston Universiteti arasında körpü rolu oynayır, və seçilmiş tələbələrə müəyyən təqaüd ayrılmaqla, yüksək keyfiyyətli, prestijli ancaq eyni zamanda bahalı ali təhsil almaq imkanı qazandırır.

İndi isə Oxforddakı Azad Universiteti Azərbaycan tələbələrinin də üzünə açıqdır!

Azad Unviersitetinin yeni təhsil modelindən istifadə etməklə tələbələr Oksfordun Kingston Universitetinin diplomu, ixtisaslı müəllimlərdən və mühazirəçilərdən təcrübəli və ixtisaslı təlim, kiçik təlim qruplarında rahat tədris prosesi, sosial təminat və sığınacaq dəstəyi, Britaniyada iş yerinin tapılmasında yardım, yüksək səviyyəli müasir komputer şəbəkəsinə çıxış, yüksək qidalanma xidməti imkanları, yüksək keyfiyyətli avadanlıqlarla iş təcrübəsi, mehriban və qayğıkeş təhsil mühiti, Oksfordun elmi üstünlüklərindən istifadə etmək imkanı və bir illik təqaüd kimi üstünlüklər əldə edirlər.
Daha ətraflı məlumat üçün Oksfordakı Azad Unviersitetinin resmi saytına www.azadunioxford.org və ya Azərbaycan Marketinq Cəmiyyətinin aşağıda göstərilən ünvanlarına müraciət edilə bilər:

AZ1111,  Azərbaycan Respublikası,  Bakı şəhəri, A.Məhərrəmov küçəsi, 4, 5-ci mərtəbə
Telefon: (+994 12) 430 01 00;  430 57 57; Faks: (+99412) 430 11 42
Elektron ünvan: info@marketing.az   İnternet səhifəsi: www.marketing.az


Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti

Baxılıb: 4847

Şərhlər