Sosial şəbəkələrdə yayımla

Azərbaycan MDB-nin lideridir

 «Goldman Sachs» İnvestisiya Bankı dünyanın inkişafda olan ölkələrin iqtisadiyyatının qiymətləndirilməsi üzrə növbəti hesabatını dərc edib. Hesabata əsasən, 170 ölkə arasında Azərbaycan 4,6 balla 61-ci yeri tutub.
Beləliklə, keçmiş Sovet İttifaqı dövlətlərindən Azərbaycanı yalnız Estoniya (6,2 balla 23-cü yer), Litva (5,3 balla 38-ci yer) və Latviya (5,3 balla 40-cı yer) qabaqlayıb.
MDB ölkələrindən Azərbaycanın ardınca Ukrayna və Belarus (4,3 bal, 71 və 73-cü yer), Rusiya (4,2 bal, 81-ci yer) və Ermənistan (4,1 bal, 82-ci yer) gəlir. Qazaxıstan 3,9 balla 90-cı, Gürcüstan isə 3,7 balla 100-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, ən yüksək göstərici – 8 bal Lüksemburqa, ən aşağı – 1,1 bal Zimbabveyə məxsusdur.

Baxılıb: 4653

Şərhlər