Sosial şəbəkələrdə yayımla

Azərbaycan milli domenlərin verilməsi qaydalarına dəyişiklik edir

Şöbə müdirinin sözlərinə görə, hazırda nazirlik yeni qaydaların hazırlanması üzərində işləyir. «Telekommunikasiya haqqında» qanuna görə, *.az domenlərinin dövlət mülkiyyəti hesab olunduğunu qeyd edən R.Gülməmmədov qeyd edib ki, yeni dəyişikliklər qüvvəyə minəndən sonra domen adlarının verilməsinə məhdudiyyət tətbiq ediləcək və müraciət edən hər kəs coğrafi adlar, müqəddəs yerlərlə bağlı olan domenləri əldə edə bilməyəcək. Yeni qaydalar qüvvəyə minməmişdən əvvəl isə nazirlik həmin təklifləri ictimaiyyətin müzakirəsinə çıxaracaq.
Qeyd edək ki, Azərbaycanda *.az domenlərini ölkədə 1996-cı ildən fəaliyyət göstərən «Network Technology» şirkəti satır. Azərbaycanda *.az domeni ilə qeydiyyata salınan saytların sayı 5000-dən çoxdur. Hazırda bir domenin qeydiyyatına və illik texnoloji təminatına görə 40 AZN ödənilir. /
APA-ECONOMICS/

Baxılıb: 4607

Şərhlər