Sosial şəbəkələrdə yayımla

“Azərkosmos” stendi “Ən yaxşı stend dizaynı” mükafatına layiq görülüb

2015-ci ilin 2-5 dekabr tarixləri arasında BakuExpo Center-də BakuTel 2015 “Telekommunikasiya və İnformasiya Texnologiyaları” sərgisi baş tutdu. Sərgidə 21 ölkədən 203 şirkət iştirak etdi. Bu iştirakçılardan biri də Qafqazın ilk peyk operatoru “Azərkosmos” idi.

 

Sərginin ilk günü stendi ziyarət etmiş Azərbaycan Respublikasının prezindenti cənab İlham Əliyevə “Azərkosmos”un sədri Rəşad Nəbiyev 2017-ci ildə orbitə çıxarılacaq “Azerspace-2” peykinin əhatə zonası, texniki xüsusiyyətləri və imkanlar barədə geniş məlumat vermişdir. 

 

Daha sonra “Azərkosmos” ilə Fransanın “Arianespace” şirkəti ilə ikinci telekommunikasiya peyki Azerspace-2 peykinin orbitə çıxarılmasına dair müqavilə imzalanmışdır. 

 

Stendin dizaynını, həmçinin interaktiv löhvənin hazırlanmasını "Jeykhun Imanov Studio" həyata keçirtmişdir. “Azərkosmos”un elementlərinin praktik şəkildə istifadə edildiyi stend öz müasir cizgiləri ilə təkcə stend ziyarətçilərinin yox, həm də təşkilatçıların diqqətini cəlb edə bilmişdir. 

 

 

 

 

 

 

 

Bunun nəticəsində “Azərkosmos” stendi “Telekommunikasiya və İnformasiya Texnologiyaları” sərgisinin  “Ən yaxşı stend dizaynı” mükafatına layiq görülmüşdür.

Baxılıb: 4655

Şərhlər