Sosial şəbəkələrdə yayımla

Azercell Rebrendinqə başladı: ilk materiallar

Bu gün Azərbaycanın aparıcı mobil operatoru Azercell Telekom MMC özünün korporativ brendinin yenilənmiş görünüşünü təqdim etmişdir. Brendin yenilənməsi Avropada ən böyük telekommunikasiya şirkətlərindən biri olan TeliaSonera adı altında birləşmiş qurumlar hesab edilən Avrasiya regionundakı bir neçə aparıcı mobil operatorun brend mahiyyətinin ahəngdar formaya gətirilməsinə yönəlmiş regional təşəbbüsün bir hissəsidir. Rebrendinq ilə əlaqəli ətraflı məlumat növbəti günlərdə sizə təqdim olunacaq. Hal-hazırda isə diqqətinizə küçə və televiziya reklamını çatdırırıq.

Tv reklam:





Outdoor:

Baxılıb: 5560

Şərhlər(38)

Şərhlər (38)

graphel graphel
Qaldı ki rənqə məncədə bu çox ama çox böyük bir səhfdi, bu mənim fikrimdi
graphel graphel
Şərhlərin hamısıyla da razı deyiləm çünki rebrending sadəcə bir nöqtə əlavə edərək də eləmək olar, tamamilə logo və brendi dəyişərəkdə elemək olar,razıyam sizcə və məncə daha gozel iş gormək olardı. Ümümiyyətlə müasir reklam dünyasında sərhəd və stabil bir qayda yoxdur, bunların olmasıda düz deyil çünki reklamda sərhəd olmamalıdır,qaydaynanda reklam diyə bir şey yoxdu. Mənə elə gəlirki reklam və rebrending fikir və ideyalarını xaricdən biri verir və nəticəsidə bu olur, mən inanıram ki orada işləyən dizayner və marketologların daha gözəl fikirləri olub amma qəbul etməyiblər çünki bunu azərbaycanda fikirləşblər ona görə, ümümiyyətlə bizim kimi ölkələrdə xarici fikirlərə daha çox üstünlük verirlər nəyinki yerli. Məncə qiymətlərini Re-qiymətləndirmə eləsələr daha gözəl reklam olar

Hörmətlə
M.R.researcher M.R.researcher
duzunu deyim cox meyus oldum, bu nedi???? tekce rengi ve logonu deyishibler deyir rebrending eledik. Yaxshi elediz rebrendingi, bes niye Narin rengini secirsiz axi?? neise, bu barede hec yazmaga deymez, boshboshuna pul xercliyibler. Bullarin arashdirmacilari ve marketoloqlari ne ishle meshguldu??
Tarakama Tarakama
Rebrendinq? Bunun harası və nəyidir rebrendinq? Ən azı, korporativ şüar dəyişmədiyinə görə, yeni reklam kampaniyası əskidən bəlli olduğumuz Dəyərlərə hörmətlə ismarışına kökləndiyinə görə, yeni kampaniya adi üslub dəyişikliyindən başqa bir şey deyil. Görünür, Azercell-in marketinq və reklam terminologiyası ilə bağlı ciddi problemləri var. Təbii ki, digər problemlərlə yanaşı...
Commentist Commentist
Firdovsi,
Rebrendinqlə bağlı fikirlərinizlə mən də razıyam.
Amma türk futbol klublarından çəkilən sitatla kimisə inandırmağı doğru saymıram. Bəlkə, öz futbolçularımızdan deyək :)
Bir də türklərin 4 böyüklərinin necə deyərlər eşşəyi öldü. Bursaspor var artıq.
Azərcellə bağlı isə məni bir məqam narahat edir. Qorxuram ki, daşı simvol seçməyə məcbur qaldıqdam sonra onlar bizim konturlarımızın başına daha amansızcasına daş salsınlar.
Bir istehlakçı kimi məni ən çox bu maraqlandırır.
firdovsi firdovsi
Commentist

Daha evvel yazdiqim werhde bildirmek istediyim fikir: Rebrendingin teqdimatinin bawaduwulen olmamasidir. Fenerli Olayim sozune gelince bunu Bwiktawlilarin ve Galatasaraylilarin yaxwi bawa duweceyi sozdur. Hardasa qarwidaki insani inandirmaq meqsedi ile deyilen yari zarafat bir kelmedir.
Commentist Commentist
afulya76,
narahat olmağınıza ehtiyac yoxdur! Rebrendinqi də yaxşı başa düşmüşəm, fənərlinin Fənərbaxça azarkeşi olmasını da! Futboldan da kifayət qədər məlumatlıyam.
Mən təəccüb edirəm ki, siz mənim kommentimdəki ironiyanı necə duya bilməmisiniz?!
Axı burada müzakirə olunan mövzunun hər hansı futbol klubu ilə, onun azarkeşi olması ilə nə əlaqəsi var.
Ona görə də bura komment yazanda baxmaq lazımdır ki, yazdıqlarının müzakirə olunan mövzuya və ya şirkətə bir dəxli var ya yox!
Bir də ki, Fənərbaxça azarkeşi olmaq təhqirdirsə onda Türkiyənin 20-30 milyonu da bu təhqirə layiq adamdır?
Ona görə də kommenti normal yazmaq lazımdır.
Anormal yazılmış kommentə anormal(oxu ironik) da cavab yazılar...
mARket mARket
:))
Bir Çin atalar sözündə deyilir ki, Suyun altında olan hər şey balıqdır..

Yəni ki, Azercell hansı büdcəylə bunu etdi, vəya əvvəlki public recognitionu nəzərə almaq lazımdır, kimi, baxaq görək sata biləcəkmi, bu nəailiyyət deyil.. AGF-nin reklam çarxı, Presidentin Novruz təbriki.. bunlara bənzər sözlər o qədər də əhımiyyət kəsb eləmir. Nəticə nəticədir..

Rebranding sadəcə reklam deyildir, məmin bildiyim qədəriylə.. Və bütün reklamlarında məqsədi bilavasitə satmaq deyil.. Satmaq isə başqa bir şey müqabilində xidmət vəya məhsul satmaya yönəldilmiş ticarət fəaliyyətidir.. Maliyyəti az tutub keyfiyyəti də sabit saxlamaq nisbi anlayışdır..

Gəlin yığışaq, Azercell-ə deyək ki, qiymətləri aşağı salsınlar.. Əl çəksinlər bu eqodan.. Müştərilərə dəyər versinlər.. Rəqiblərə rəqib kimi baxsınlar.. Biraz da insanların arasında olsunlar.. Elə bilirlər ki, hələ 1997-98 ci illərdi, və bütün müştərilər VİP biznesmenlerdi.. WAKE UP
Anar Valiyev Anar Valiyev
mARket,

O budce ile istediyin sheyi yadda qalan etmek olar :) insanlar mehdud budce ele yadda qalan ele sheyler eleyirlerki. Meni de teeccublendiren neticeye baxin demeyinizdir. Yaddan cixartmaq lazimdir ki, yaxsi reklam satan reklamdir. Satmaq ise eyni keyfiyyeti en az maliyyetle etmekdir. Diqqet edin maliyyeti azaldib keyfiyyeti azaltmaq demirem.

O budce ile bu nailiyyeti elde etmek hec de cetin deyil. Ustune Azercellin evvelceden de olan taninirligi elave etsek ozunuz de dusunun bu nailiyyetdir yoxsa sadece yerinde saymaq?
mARket mARket
Evvala, bu qabal daşı məsələsinin üstünə niyə bu qədər getdiyinizi başa düşmək çətindir... Neçə müddətdir ki, müzakirə olunan mövzuyla bağlı sadəcə qabal daşı məsələsi ön plana çıxarılıb... ))) Azercell qabal daşı istifadə eləməli idi, i vse ))) Niye a camaat? razıyam ki, gözəl ideyadır, konseptlə üst üstə düşür.. Ama istifadə etməyblər.. Buda əla, qabal daşı qaldı başqa bir marketing planına, bəlkə daha kiçik büdcəylə daha miqyaslı iş görə bilən bir şirkətə... )))
Gəlin nəticəyə baxaq.. Nəticə göz qabağında... Rəng... Rayonları bilmirəm, Bakının hər tərəfi həmin o rənglərə boyanıb.. Hətta TV aparıcııarı da bu rəng paltar geyirlər.. Məncə rənglə bağlı communication-i yetərincə yerinə yetirib Azercell-ilər..
Reklam rolikləri də yadda qalan, vermək istədikləri mesajı (nə mesajdısa artıq...) kütləyə vermək iktidarında olan rolikdir... Yerli motivlər də ki nə qədər istərisiz.. Qobustan, Atəşgah, Filarmoniya... Nu qabal daşı yoxdur... Olsaydı da, mənim fikrimcə sadəcə bu kompaniyanın bir hissəsi olardı, daha bütün kompaniyanı bu daşla bağlamağın yeri yoxdu..)))
Anar Valiyev Anar Valiyev
1. Qlobal dayatmalar ve korporativ baryerler var OK. Amma qlobal markani yerel(bolgesel) uslubda teqdim etmek ucun o xalqa, millete en cox tesir edici yerel motivler istifade edilmelidi dedik :) Qavaldasin istifadesi ucun hercur zemin var eslinde. Saatchi reklam agentliyi hazirlasa da Azercellin Marketing komandasi var. Reklami hazirlayarken onlarla meslehetleserek rey alaraq edirler bu ishi. Azercell marketingcileri komek edibler eminem amma daha da sey gostermeliydiler.

2. Reng tanitimi qeder rahat ish yoxdur. Hele bele bir rengli dashdan gedirse sohbet :)) Pulu ver, hazirlat bayraq, evde qoymaqcun bayraqlar sifaris ver. Sheherin aparici yerlerinde yasayis binalarindan asmaqcun neheng bayraqlar duzeltdir. Bina sakinleri ve icra orqanlari ile razilas. Vesselam... Reng yadda qaldi :))
ArzuSal ArzuSal
Qavaldashi ideyasinin agla gelemsi uchun bu reklami yerli shirket hazirlamaliydi. Saatchi hardan bilsin qavaldashini?!

Dash vardsisa, ses kimi gozel ideya da vardisa ve Vusal demish dede-babalarimiza istinad fikri de vardisa, eks-seda-dan da yararlanmaq olardi. Mobil teleofn olmayanda insanlar bir-birini ele chagirib. Hetta qavaldash ozu de yeqin ona gore hazirlanib :)
afulya76 afulya76
:))))))comentist Azercell rebrandingini de bele basha dushubse, afferin!!! Fenerli - fenerbaxça azarkeşi demekdir
Makla Makla
Rebranding prossesinə hansısa irad- rəng belə oldu, daş belə getdi bildirmək yersizdir. Artıq hamı üçün aydındır ki, bütün Fintur Holding şirkətlərində bu tətbiq olunubdur.

Məni və əksəriyyətini narahat edən Azercell reklamının anlaşılmamasıdır. Əgər söhbət yenilikdən gedirdisə bunu reklamda izah etmək lazım idi, özüdə bütün kütlənin anlayacağı dildən.

5 manatlıq kontur alan Əkrəm dayı üçün də, balansına hər ay 150 azn artıran Rövşən müəllim üçün də rebrandingin, çəhrayı daşın heç bir əhəmiyyəti yoxdur. Bu kəsim insanlar üçün sadəcə endirimlə bağlı bir xəbər etmək olardı.
Azercell dəyişdi, qiymətləri düşdü.. kimi.

Yaxud daha gənc və aktiv kəsm üçün 3G kimi bir xidmətin tanıtımı ola bilərdi.

Səs məsələsi məcburi olaraq istifadə olunmalı olsa belə bu tərzlə, pafoslu sözlərlə, sanki AzTVdə Novruz bayramıyla bağlı tədbirin çarxı kimi hazırlanması tam razıyam ki, AGFin növbəti reklamına bənzəyir. Hətta Euronewsdakı reklam çarxımız belə bu qədər milli deyil. ) Ümumiyyətlə Azercell bu reklamıyla nə demək istəyir, aydın deyil.

Qlobal baryer fikri isə tamamən absurddur. Mən digər reklam çarxlarınada dəfələrlə baxdım. Geocell başda olmaqla çarxlarda fikir verdinizsə həm millilik var həm də yenilik, bunların vəhdəti tam əks olunubdur.

Vüsalın qaval daşı fikri əladır. Kaş ki, bu tərzdə bir şey ağıllarına gələrdi.


Rəng məsələsinin tanıtımını isə uğurla yerinə yetirilər zənnimcə. Azercell müştəri xidmətlərinin ətrafı, İçəri şəhərdə təşkil olunan Meydan Bazarı, Qız qalası ətrafı, Milli park və əksər yerlərdə çəhrayı rəngi görmək mümkün idi.

Ümid edirəm növbəti tanıtım çarxları, kampanyalarda yerli mütəxəssislərində rəylərini nəzərə alacaqlar.

Rafiq
www.makblog.com
Commentist Commentist
Mənə bir şey maraqlıdır. Azercell tələm tələsik belə uğursuz TeliaSoneralaşma apardı. Görəsən Türkcell də buna gedəcəkmi? İnanmıram. Onlar formalaşmış dəyərləri qoruya bilirlər.
Azercell isə öldü. Allah rəhmət eləsin!
Hərçənd ki, rəhmət də düşmür. Son vaxtlar kontur oğurluğuna girişiblər. 1 dəqiqədən artıq danışdıqda balans və sərfiyyat göstərilmir.
Mən firdovsi adlı istifadəçinin cümləsindən isə heç nə anlamadım: Camaat men bir wey bawa duwduysem fenerli olayim. Nəsə başa düşməyin əld ə fənər tutmaqla nə əlaqəsi?
Qavaldaş ideyası isə həqiqətən də əldən verilmiş bir fürsətdir. Çox heyf!
firdovsi firdovsi
Bir reklamin, tanitimin ne derecede bawarili oldugu vermek istediyi mesajin alinib alinmamasiyla olculur. ( mence )
Camaat men bir wey bawa duwduysem fenerli olayim..
ya siz?
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
Belə görürəm Azercell-in rebrendinqi marketinq icması daxilində başını hələ çox ağrıdacaq :)

Aydındı ki, bu rebrendinqin qlobal dəst xətt olduğunu, daşın Telia Sonera tərəfindən seçildiyini, bəzi baryerlər səbəbindən bu kampaniyaya funskional fayda əlavə etməyin mümkün olmadığını nəzərə almalıyıq.

Amma məsələsin SƏS konseptinə gətirib çıxarmışkən (ideya türk qardaşlarımızınmış) çox böyük bir imkan əldən verilib. Daşın mobil rabitə şirkəti üçün uğursuz bir simvol seçimi olduğu aydındı. Amma bircə bizim mədəniyyətimizdə (madam dədə-babanın ruhuna SMS göndərəcəkdilər) notlara uyğun səs çıxaran bir daş var - QAVAL DAŞ! Götürün DAŞı ondan SƏS çıxarın, deyin ki SƏS ÜNSİYYƏTdir, ÜNSİYYƏT isə RABİTƏ... Olsun sizə daş loqosu üzərində səs konsepti və imic kampaniya.
ArzuSal ArzuSal
Birinci ciniciden bahslayim. BU BANNER MENI BEZDIRDI!!!!!!!!!!!!!!!!!! Qardash, Azercelli tiklayiram bu sefeh sehife achilir. Soydum hamini-Cinicini de, Mak, sizi de :(((((

Indi kechek esas meseleye:

1. Slogan! Yaxshi slogan olsa da, her sheyi deyishib kohne slogani saxlamaq ne derecede meqsedeuygundur?! Dambaram, bam bam ve axirda... fssss kohne hamam, kohne tas.

2. Bu ses yaxinlashmasini sevmedim. Bu-suz kechinmek lazim idi. Anar Veliyevle tamamen ve tamamen raziyam. Bu ses-i yox, sadece ses-i ve bashqa cur ismariclamaq lazim idi.

3. Posterdeki kadrlar ve ya charxdaki kadrlar sozlerle uygun gelmir.

Torpagin sesi - Milli naxishlar?!
Bu ses .... ureyimizi doyunduren heyecanin sesi - reqs? Menim burda ses qulagima yox, goruntu gozume girir, ses sadece fondur. Ses konsepsiyasi uzerinde bele charx chekilmez!!!

Bu ses atalarimizin sesi - Qiz?!
Mubarize, zefer - Reqs?!
ve s. Gerisini Fuad-a hevale edirem.

Kechmishdne gelen ses ne vatxdan fisheng olub ki?!

4. Yaxhsi ki, Rasim Balayevin sesi var. Bizim kohne filmler kimi, (Babek, Dede Qorqud ve s) bu rolik pafosuyla hemen heyecanlandirir adami, bu yaxhsi elametdir. Amma noolsun. Ele bil, Heyder Eliyev fondunun ve ya Sanballini demish, Gimnastika federasiyasinin novbeti charxidir.

5. Sohbet dede-babalardan, leyli-mecnun eshqinden gedirse, niye bashdan basha choluk-chocukdu kadrlarda?! Atalarimizin sesi, qaqashlar ve s.

6. Bunu niye Saatchi edib ki? Maxmedia charxlarindan neyi ferqlidir bunun?!

7. Hezzad.

8. Ugurlu olsun! Dashi atdiq getdi... Baxaq kimin bostanina dushecek!

mARket mARket
Verilmək istənilən mesaj biraz vətənpərvər, biraz duyğusal, damardan fikirlərdir.. Səs də onun paltarıdı glamurnu cəhrayı rəngində... Müslum Gursəsin mahnıları kimi birşeydi...)))
Sanballini yaxşı buyurur ki, Azərcell büyüklüyünü sübut eləmək istəyir bu yolla..
Sanballini Sanballini
Bu çarx xalqa rebrendinq haqda mesaj çatdırmaq üçün deyil.
Sadəcə həmişəki kimi Azercell top menecmenti öz gördükləri Azercell-i, öz bildikləri Azercell-i göstərməyə, sırımağa çalışıblar.
Onlar Azercell-i dünyanın N1 şirkəti hesab edir. Xalqın Azercell qarşısında baş əyməli olduğunu düşünür və hər dəfə eyni yanaşma tərzini ortaya qoyur. Sanki bunlar Olimpdə yaşayan ilahlardı. Xalqa tamam başqa şey lazımdı. Azercell menecmenti ilə 50-60 yaşlı yazıçıların heç bir fərqi yoxdur. Hər ikisi sanki paralel dünyada yaşayır. Bunu elə məlum Bizi Birləşdirən Dəyər sloqanından da anlamaq mümkündür.
Bizi, yəni kimi? Rəhbərlikdə oturanları, yoxsa xalqı? İnsanları bir-biri ilə, yoxsa insanları Azercell ilə?
Biləşdirən OK.
Dəyər? Kimin üçün? Xalq üçün, yoxsa rəhbərlik üçün? :)

Mən bu çarxda Saatchi qardaşlarından çox, Azercell rəhbərliyinin dəst-xəttini görürəm.

Növbəti Gimnastika Çempionatı çarxı
Anar Valiyev Anar Valiyev
Sesin uzerinden strategiya qurmaq ucun daha da qloballasib heyatin ritmi, tebietin ritminden getseydiler SES-SES-SES olmazdi :))) Cunku kecmisin sesini geleceye dasimaq filan biraz menasiz gelir sanki. Amma tebietdeki ritm qacinilmazdir. Hetta meshede ve ya cay qiraginda ve ya basqa tebii muhitde sakitce otursaq orda da bir ritm esideceyik. Yani ki, dunya da ritm qarsisi alinmazdir.

Bunu da yaginki Turkcell eder birgun, reklamda da The Sultans of the Dance qrupunun ritmini ceker :)
mak mak
Funksional olaraq Azercell 3G -ni təqdim edə bilərdi yenilik olaraq, və ya hansısa super tarif paketi falan... 3G lisenziyasının gecikdirilməsi və yeni bir şeylərin təqdim olunması məhdudluğu fonunda bu cür imic yönümlü rebrendinq normaldır. qaldı ki, daşı və rəngi xalqa sevdirmək cəhdi bu başqa məsələ, imkan olsa rebrendinqin əsas memarları olan Landor şirkəti və Saatchi şirkətinin nümayəndələrindən rəy alacam...
Vüsal A. Qəmbərov Vüsal A. Qəmbərov
milyonlarla büdcə tökülən bir iş haqda danışırıq və heyf ki müsbət notlar çətin ki olsun.

Rəng OK. Qlobaldır anladıq. Loqonu da.

Dağ, daş, torpağın səsi nədi? Bizdə adətən insanların sözü olmayanda havadan sudan danışır axı. Rebrendinqin verdiyi mesaj lap ona bənzəyir e. Atalarımızın səsini 15 illik isveç şirkəti mi daşıyır bizlərə?

Kütləyə və imicə gözlədiyim təsir sıfır!
Biraz mediada tez tez hallanacaq adı, amma ki onsuz da Azercellin PR cəhətdən qıtlıq çəkdiyi deyiləmməz.

Əsas məsələ odu ki, bu rebrendinq qaçılmaz idisə, bu büdcə tökülməli idisə, buna nəsə yenilik əlavə edib ortaya çıxarmaq lazım idi ki camaatda Azercell-də həqiqətən nələrinsə dəyişdiyi fikri yaransın. Bakcell rebrendinqdən sonra korporativə hücum çəkdi və şəbəkənin zəif olduğu yerlərdən Bakcellə müraciət olunanda ora mini stansiya yerləşdirirlər. bu özü az qala inqilabi yenilikdir.

Bəs Azercell bu daşı hara qoyacaq ki, durduğu yerdə ağır olsun, oraya yaraşsın?
Sanballini Sanballini
Propaganda ilə tam razıyam.
Söhbətin hansı səsdən getdiyi anlaşılmır.
Bu səs atalarımızın səsidir. Zurna səsi?
Commentist Commentist
Bu səs Astrid Lindqrenin səsidir
Bu səs Henrik Larssonun səsidir
Bu səs XII Karlın səsidir
Bu səs vikinqlərin səsidir
mARket mARket
Rəngi Nardan biraz tünddür... Hər halda nardan daha güclü daha keyfiyyətli olduğunu demək istəyir, bu rənglə birbaşa Narı vurur... (tebii ki bunlar ilk ağlıma gələnlər...) Ama əslində heç əlaqəsi yoxdur, çünki nə Gurcüstandan nə Moldovada NAR yoxdur )))) rebrending=standartlaşdırma..
BRAIN BRAIN
mence artiq ugursuz oldu:(
Nurlan Nurlan
ugurlu olsun.açigi men de o fikirle raziyam ki,reng bir qeder nar mobile xatirladir.bawqa renglerden de istifade etmek olardi.istenilen halda xeyirli olsun.baxaq gorek tariflerinde yenilikler neden ibaret olacaq.
eurozoom eurozoom
Inshallah xeyirli,ugurlu olar.yeni-yeni ugurlara imza atsinlar...
propaganda propaganda
söhbət hansı səsdən gedir?!

bu səs, bu səs, bu səs..

ataların, yüz illər öncə yaşanmış eşqin..

Nə danışır bunlar?

AZtv-də premyera!
Azerbrand Azerbrand
Necə deyərlər Маразм крепчает...

1-ci Azercell-i Bizi birləşdirən dəyər (kubik) elan etdilər, indi də babalarımızın, tariximizin səsi oldu.

Növbəti addım nə olacaq? Olmaya Azercell-i MİLLİ İDEOLOGİYAMIZ etmək istəyirsiniz?

Heyif, çox heyif. Azercell-in ölkəmizdə biznesin aparılması standartlarının yüksəldəcəyinə səmimi inanırdıq. Amma təəssüf ki, BP və başqalarının aqibətini təkrarlayır hal-hazırda...
SHaig SHaig
Bu 4 milyon barədə onu deyim ki, son 3 ayda bir dəfə də olsun istifadə olunmuş nömrələrdir. Təbii ki, səs və ürək olaraq 4 milyon olmaz. Çünki bəzi adamlar iki Azercell nömrəsini də aktiv olaraq istifadə edə bilir. Ancaq 4 milyon aktiv nömrədir. Bağlanan nömrələri də sayanda deyəsən 6-dan çox olur.
Kataloq.NET Kataloq.NET
Bizi Bizləşdirən Dəyər - sözlərdən hər birinin böyük hərflə yazılması türk dilinin qramatikasına uyğun olsa da, azərbaycan dilinin qramatikasına uyğun deyil.
mr ReShaD mr ReShaD
MeTheArt hemde neze almaq lazimdiki 4milyon Azerceellinin texminen 3milyonu ishleye biler qalan nomreler kampaniya xetrine alinan nomrelerdiki alinib ishlenib sonrada baglanib,belede atalarimizin sesi 3milyona dushur ))
MeTheArt MeTheArt
indi men de baslayacam Azerbrand kimi tengid elemeye:)
Aydin meslesdirki tekce 4 milyon Azercelli nezerde tutulur amma burda diger mena daha cox gabaga cixir, 4 milyon ses 4 milyon urek - Bu ses atalarimizin sesidir, atalarimizin sesi cemi 4 milyon idi?
mr ReShaD mr ReShaD
hmm mence rengler nar mobile ile ust uste dushur,bideki bir az bawa duwulmur,sesi basha duwduk bes urek?