Sosial şəbəkələrdə yayımla

“Azercell”dən “Simurq” istifadəçiləri üçün daha bir müjdə!

“Azercell Telekom” BM “Simurq” xidməti istifadəçiləri üçün yeni kampaniya elan edib. Yeni kampaniya “Simurq” xidmətindən istifadə edən bütün “Azercell” abonentlərinə istənilən məzmun yüklədikdə GizlətCELL (zeng edənin nömrəsinin görünməməsi) xidmətindən bir ay pulsuz istifadə etmək imkanı verəcək. Kampaniya 1 dekabr -31 dekabr 2007-ci il tarixləri arasında keçiriləcək.
Xatırladaq ki, abonentlər üçün fərdi informasiya vasitəsi olan “Simurq” xidmətini “Azercell Telekom” BM təqribən bir il əvvəl - öz 10-illik yubileyi günündə istifadəyə vermişdi. Müasir texnologiyalar əsasında hazırlanan və Azərbaycanda analoqu olmayan “Simurq” (İnteraktiv informasiya və əyləncə xidməti), telekommunikasiyada inqilab sayılır və abonentləri mobil yeni nəsil texnologiyalarına daha da yaxınlaşdırır. Hal-hazırda Simurq xidmətinin 500.000-dən çox abonenti mövcuddur.

Baxılıb: 5032

Şərhlər