Sosial şəbəkələrdə yayımla

“Azercell Telekom” BM yeni “MobilMail” xidmətini istifadəyə verdi

Yüksək texnologiyalar dövründə internetin və elektron poçtun biznes aləmində və insan həyatındakı rolunu nəzərə alaraq “Azercell Telekom” BM Azərbaycanda ilk dəfə olaraq öz abonentləri üçün “MobilMail” xidmətini istifadəyə verdi. Bu xidmət “Azercell” abonentlərinə öz mövcud elektron ünvanına gələn poçtu mobil telefon vasitəsi ilə real vaxtda almaq və göndərmək imkanı verir.

Bu xidmətdən istifadə edənlər kompüter olmadan, elə mobil telefon vasitəsilə öz elektron poçtlarını anbaan izləmək imkanı qazanacaqlar. Onlar istənilən an öz elektron poçtlarına gələn məktubları qəbul edib və cavab göndərə biləcəklər. Beləliklə, daim abonentlərinin rahatlığını düşünən “Azercell” onların öz elektron poçtlarına daimi çıxışını da təmin etmiş oldu.


“Bizim əsas hədəfimiz Azərbaycanın qürur duyacağı şirkət olmaqdır. Və gələcək fəaliyyətimizi də bu hədəf istiqamətində quracağıq. Biz innovasiyanı sevən şirkətik və durmadan bazara yeniliklər gətiririk. “MobilMail” xidməti də bu yeniliklərdən biridir. Bu xidmət sayəsində «e-mail»lər birbaşa olaraq abonentlərin telefonlarına daxil olacaq. Yəni «sms»lərdə olduğu kimi «e-mail»lər də hər hansı əlavə tədbir görmədən mobil telefona daxil olacaq”-deyə “Azercell Telekom” BM-in baş müdiri A.Halim Ateş bildirib.

 

Bu xidmətin verdiyi digər üstünlüklərdən biri də abonentin elektron poçtda olan əlaqə məlumatlarını (telefon nömrəsi, ünvan və s) və təqvimi mobil telefona köçürə bilməsidir. Xidmət GPRS üzərindən abonentlərə təqdim ediləcək. Abonent “MobilMail” xidmətinə qoşulmaq üçün Azercell Müştəri Xidmətlərinə müraciət etməlidir. “MobilMail” xidməti istifadəçi seqmentindən asılı olaraq iki buraxılışa bölünür: korporativ seqment üçün olan buraxılış – “MobilMail Korporativ“ (Enterprise edition) və bütün abonentlər üçün olan buraxılış – “Azercell MobilMail“ (İnternet edition).

“MobilMail Korporativ” yalnız “Azercell”in korporativ abonentləri üçün nəzərdə tutulub. Yəni bu xidmətin köməyilə şirkət əməkdaşları işdəki elektron poçt ünvanlarına gələn məktubları mobil telefona qəbul edə biləcəklər. Xidmətin bu növünə qoşulmaq üçün abonentlər “Azercell”-in Korporativ seqment qrup təmsilçisinə müraciət etməlidir. İkinci növ – “Azercell MobilMail” versiyası isə bütün abonentlər üçün nəzərdə tutulub. Həm fakturalı, həm də SimSim, GəncSim və Bizdən Bizə abonentləri mövcud şəxsi elektron poçtlarına daxil olan məktubları mobil telefon vasitəsilə qəbul edə biləcəklər. “MobilMail” xidməti ilə abonentlər elektron poçtun bütün imkanlarından istifadə edə biləcəklər. Bu xidmətin vasitəsilə, nəinki, məktubları oxumaq, həm də onlara cavab yazmaq da mümkün olacaq. Bu zaman poçtun hansı serverdə yerləşməsinin əhəmiyyəti yoxdur. Qeyd edək ki, Azərbaycanda internet istifadəçilərinin üstünlük verdiyi e-mail serverlərinin əksəriyyəti - gmail.com, mail.az, mail.ru, yandex.ru, rambler.ru və s. serverlər artıq testdən keçirilib. Abonentlərinin müasir texnologiya ilə ayaqlaşmasına çalışan “Azercell” yeni xidmətdən hər kəsin istifadə edə bilməsi üçün müxtəlif güzəştli tarif paketləri də təqdim edəcək. Xidmət istifadəçiləri özlərinə uyğun bildikləri paketi seçmək imkanı əldə edəcəklər. Məsələn, “MobilMail” xidmətini seçən fakturalı abonentlər GPRS/EDGE üçün aylıq sabit ödəniş haqqı olmadan sadəcə yüklənən hər 1 Mb üçün 0,70 AZN, fakturasız xətt abonentləri isə yüklədikləri hər 5 KB üçün 1 kontur ödəyə bilərlər.

Xidmətə qoşulmağın üsulları və tarifləri barədə “Azercell Telekom” BM şirkətinin www.azercell.com ünvanlı saytından daha ətraflı məlumat almaq mümkündür.

Baxılıb: 5323

Şərhlər