Sosial şəbəkələrdə yayımla

Azercellin PR meneceri şirkəti tərk edir

Azercell şirkətindən alınan məlumata görə şirkətin İctimaiyyətlə Əlaqələr (PR) şöbəsinin meneceri Kamilla İsayeva Avropada nüfuzlu telekommunikasiya şirkətində konsultant vəzifəsində fəaliyyətə başlayacaq. Kamilla İsayeva 7 ildən artıq müddətdir ki, Azercell şirkətinin PR meneceri olaraq çalışmışdır və ölkənin peşakar PR menecerlərindən hesab olunur. Yeni şirkətin adı açıqlanmasa da, həmin şirkətin Fintur Holdingslə əlaqəsinin olduğu ehtimal olunur.
Kamilla xanıma yeni işində uğurlar arzu edirik.

Baxılıb: 5623

Şərhlər