Sosial şəbəkələrdə yayımla

AZERFON MMC ölkənin ekoloji problemlərinin araşdırılmasına yardım edir!

AZERFON MMC (Nar Mobile ticarət nişanı) 7-13 Sentyabr 2007-ci il tarixlərində Bakıda keçirilən 2-ci ”Abşeron Yay Məktəbi”-nin təşkilində kömək etdi. ”Yay maktəbi” Maykl Sukov fondu tərəfindən təşkil olunub.

"Abşeron Yay Məktəbi" layihəsinin əsas məqsədi tələbələrə ekoloji problemlərin həlli yolları və araşdırılması haqda ətraflı məlumat verməkdir. Keçirilən tədbirdə Azərbaycan tələbələri ilə bərabər xarici ölkələrin mütəxəssisləri də iştirak edirdi.Tədbirdə tələbələr praktiki biliklər almaqla yanaşı mövcud ekoloji problemlər barədə diskusiyalar aparırdllar.

            

AZERFON MMC bu tip ekoloji layihələri dəstəməklə Azərbaycanın ekoloji problemlərinin araşdırılması və həll edilməsinə, gənclərin ekoloji sahə ilə daha yaxından tanış olmasına yardım etdi.

Baxılıb: 5050

Şərhlər