Sosial şəbəkələrdə yayımla

Azersundan daha bir yenilik

Sağlamlıqla əlaqədar həyata keçirdiyi bütün layihələrdə düzgün qidalanmanı diqqət mərkəzində saxlayan Azersun Holding Şirkətlər Qrupu növbəti layihədə də bu prinsipə sadiq qaldı. Fərq isə  bu dəfə sağlam qidalanmanın “beşik”dən təlqin edilməsidir.

Kampaniyanın davam edəcəyi 01.07.2007 - 31.07.2007 tarixlərini əhatə edəcək dövr ərzində Mərkəzi Klinik Xəstəxanada dünyaya övlad gətirən hər bir qadına təbiətin möcüzəsi olan Final Extra Virgin Sızma Zeytun yağı hədiyyə ediləcəkdir. İyul ayının əvvəlindən etibarən başlanılan kampaniya çərçivəsində artıq onlarla qadına Final Zeytun yağı hədiyyə səbəti və təbrik açıqcası paylanılmışdır.

Kampaniyanın keçirilməsində məqsəd isə gələcək nəslin sağlam böyüməsinə töhfə vermək, Final extra virgin sızma zeytun yağı ilə tanışlıq yaratmaq və zeytun yağının orqanizmə olan xeyirləri ilə istehlakçıları tanış etməkdir. Bunun üçün təzəcə övladı olan qadınların seçilməsi isə təsadüfi deyil, zeytun yağının tərkibində olan maddələrin elə xüsusiyyətləri var ki, onlar ana südünün tərkibində olan maddələrə uyğundur. Ona görə də körpə uşaqları ananın südündən ayırdıqdan sonra onlara zeytun yağından istifadə etmək lazımdır.

Baxılıb: 5356

Şərhlər