Sosial şəbəkələrdə yayımla

“AzEuroTel” yeni kampaniyaya başlayıb

“AzEuroTel” müştərək müəssisəsi abunəçilərinə təqdim etdiyi müxtəlif xidmət növləri üzrə yeni güzəşt kampaniyasına başlayıb.

“AzEuroTel” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, şirkətin strategiyasına uyğun olaraq, təqdim olunan bütün xidmət növləri AET brendi ilə təqdim olunacaq. Güzəşt kampaniyasına telefon rabitəsi, standartlı simsiz rabitə, qabaqcadan ödənilmiş telefon kartları, İnternet şəbəkəsinə çağırışla, ayrılmış xətlə, ADSL texnologiyası ilə və yüksək sürətli çıxış (2 Mbit/s-dən), İP-telefoniya və televiziya, kanalların icarəsi, maliyyə-informasiya resurslarına çıxış, “Virtual telefon nömrəsi”, şəxsi virtual şəbəkələrin təşkili, taksofon rabitəsi və bank xidmətləri daxildir.

Qeyd edək ki, İnternet şəbəkəsinə çağırışla, ayrılmış xətlə, ADSL texnologiyası ilə və yüksək sürətli çıxış, eləcə də İP televiziya xidmətlərinə 10%-dən 57%-dək güzəştlər təqdim olunur.

Bu xidmət növləri yalnız ATS 492/497/437 ərazisində yaşayan abunəçilər üçün deyil, həmçinin ATS 493, 498, 598, 440, 494, 495, 596, 438, 439, 510, 432, 434, 433, 430, 431, 530, 491, 566, 567, 514, 423, 421, 422, 428, 429, 470, 475, 476 ərazisində yaşayan abunəçilər üçün də tətbiq edilir. APA

Baxılıb: 5073

Şərhlər