Sosial şəbəkələrdə yayımla

Azərbaycanda "Arzuları reallaşdıran" layihə (press-reliz)

"Azərsüd"ün"sosialmedia.az"ın təşəbbüsü ilə hazırlanmış "Arzunu söylə" adlı layihə sona çatdı.
 
Hədəfimiz arzuları reallaşdırmaq idi..
 
İlk iş Talessemiya mərkəzinə gedib Talassemiyalı çiçəklərlə həmsöhbət olduq  və onların arzularını öyrənməyə çalışdıq və reallaşdıra bildiyimiz arzuları reallaşdırdıq.
 
Layihə çərçivəsində talessemiyalı 3 çiçəyin arzusu reallaşdı : Əkbərli Nuray, Nəcəfov Bilal və Yolçuyeva Sürəyya.
 
16 yaşlı Bilalın arzusu Nadir Qafarzadəni  görmək idi və arzusu reallaşdı.
10 yaşlı Nurayın arzusu Oksana Rəsulovanı görmək idi və arzusu reallaşdı.
20 yaşlı Sürəyyanın arzusu isə Türkiyəyə səyahət etmək idi və arzusu reallaşdı.
 

 
"Azərsüd", Bilik günü ərəfəsində layihəni təqdim etməklə bir növ gələcəyimiz sayılan bu çiçəklərin arzularını reallaşdıraraq daha parlaq və ümid dolu gələcəyin onları gözlədiyini göstərməyə çalışdı.
 
Talassemiyalı xəstələr üçün hava və su qədər lazım olan yeganə şey qandır. Bu məsələdə hər kəsi duyarlı olmağa çağırır və qan vermənin zərərli bir şey olmadığını bildirmək istəyirik.
 
İlk növbədə bu yolda bizə öz dəstəyini əsirgəməyən "SAVAB DÜNYASI" Talassemiya Assosiasiyasına, Talassemiya mərkəzinin həkim və işçi kollektivinə, "Özsüt"ə və ən əsası da Talassemiyalı çiçəklərimizin ailələlərinə öz təşəkkürlərimizi bildiririk.

Baxılıb: 4036

Şərhlər