Azərbaycanda marketinqi ən çox kim tənqid edir?
"Mak.az" internet resursunda aparılan sorğuya əsasən ölkəmizdə marketinqi daha çox tənqid edən müştərilər və şirkətin öz işçiləridir. Ümumiyyətlə nəticələrə görə şirkət və onun rəhbərliyi marketinqin fəaliyyətindən narazı olmağı ölkədə marketinq departamentləri və şirkət arasında olan problemləri açıq şəkildə ortaya qoyur. Bu toplam 32% tənqidin yarandığı mənbələrdir.
Bundan başqa maraqlı digər faktor isə tənqid məsələsində marketinq/reklam agentliklərinin daha mühafizəkar və ya passiv olmasıdır.
14% respondent isə marketinq fəaliyyətinin ən ideal vəziyyətdə olduğunu düşünür.
Şirkətinizin marketinq fəaliyyətini daha çox kimlər tənqid edir?
Müştərilər 18%
Şirkətin öz işçiləri 17%
Şirkətin rəhbərliyi 15%
Rəqiblər 13%
Heç kim tənqid etmir 14%
Hamı tənqid edir 14%
Reklam və Marketinq agentlikləri 9%
Baxılıb: 4342
Şərhlər (4)