Sosial şəbəkələrdə yayımla

Bölünək, yoxsa şaxələnək? - (1) – İnsan

Bir tərəfdə "ixtisaslaşma", "bir səmtdə dərinləşmə", "maraq dairəsini konkretləşdirmə"; digər tərəfdə "hər şeydən xəbərdar olma", "ensiklopedik fenomenlik", "geniş dünya görüşü"...

Yəqin ki, başlıqdakı sualla gün ərzində hər kəs qarşılaşır. Neyləməli? - "Bir istiqamət götürüb  onda mükəmməlliyə getmək" mi, "hər şeydən xəbərdar olub bütünü görməyə çalışmaq mı"?

Sualın dəqiq cavabını heç kim bilmir. Bəlkə də heç yoxdur. Adətən menecmentlə məşğul olanlar hipotez və iddialarını "case"lərlə sübuta yetirməyi xoşlayır. Bu tərəfə nəzər saldıqda isə yenə suala tam cavabı ala bilmədiyimizi görürük.

Şəxslər bölünmə/konkretləşmə ilə şaxələnmə arasında seçimi əsasən gündəlik və peşəkar həyatında edir. Yəqin ki 23-24 yaşına gələn bir çox kəs "təhsil-iş-ailə həyatı" üçbucağında baş çıxarma dərdinə düşüb. Bu yaşlara qədər dərd yoxdur və iş təhsildən ibarət olur. Amma zamanla işləmək lazım gəlir, fəqət təhsil məsələsini tamamladığıyla bağlı əminlik olmadığı üçün "davam" deyir. Zaman ötür və iş gəlir ailə məsələsinə.

Bax bu məqamda yuxarıdakı sual yada düşür. İnsanın həyatının sadəcə bunlardan ibarət olmadığını da düşünəndə vəziyət daha da mürəkkəbləşir. Tələbə başını salıb aşağı dərsini oxmalıdır, amma vaxt gələndə ayılmaq çətin olur. Ona görə vaxtında bi başını qaldırıb dünyanı seyr etməsi də vacib olur. Onda isə təhsil qalır...

Bəli... bir birində qəliz vəziyətlər...

Neyləyək? Bölünək, yoxsa şaxələnək?

Kitab oxumaq lazımdır. Məktəb dövründə romanlar və təməl elmlər, universitet dövründə müxtəlif düşüncə və ixtisas kitabları, ayrıca imkan varsa fərqli ixtisaslarla bağlı şeylər də... Yenə həmin sual...

İnsan öz ixtisasından başqa şeylər də bilməlidir mi? Axı bu dünyada insanın dünya görüşünü artıran "düşüncə texnikaları", "psixologiya", "problem çözmə", "məhsuldarlıq" vs. kim çox dəyərli mövzular da var... Tarix? Ona da bələd olmaq lazımdır?!

Beləcə bölünmə ilə şaxələnmə arasında bölünüb qalırıq...

Marketinqçi üçün bu sual məncə çox daha kritikdir. Niyə?

Çünkü ancaq öz işində xəbərdar olmaq deyə bir şey mövcud deyil marketerlərçün. Xəbərləri izləməyən marketinqçi nəyin proqnozunu verəcək? Finansal bilgilərdən xəbərsiz marketer necə qiymət formalaşdıracaq? Lateral düşünməyən marketinqçi necə problem çözəcək? Marketinqçi üçün "mən ancaq bunu bilirəm" yoxdur... məncə... Onunçün bu an bilmədiyi hərhansı bir şey sabah öyrənməli olduğu materialdır.

Bölünmə və şaxələnmə ilə bağlı kritik bir məqam qərbin detallı ixtisaslaşma ilə inkişafıdır. Halbuki ensiklopedik bilgiyə sahib və "hər şeyi bilən" bizlər hələ gerilərdə addımlayırıq. Burada önəmli bir nöqtə gözdən qaçır. Qərb ölkələrinin əksərində artıq müəyyən bir sistem var. Bu sistem elə səlis işləyir ki, hər bir fərd o sistemdə pz yerini tutmaqla məşğuldur. O işinin ustasıdır və gəlib "makinada sağdan dördüncü və soldan ən altdakı düyməni vaxtlı vaxtında basmalıdır". O bunu edir və qalanı ilə maraqlanmır. Çünkü digər tərəfdə qalan düymələri basan digər "sistem elementləri" var. Onlarda öz "düymələrini basmanın ustasıdırlar". Amma ən yuxarıda sistemi quranlar və nəzarət edənlər var. Görünməzlər... Onlar hər şeyi və bütün sistemi bilirlər.

Bizim də sistem qurmağa ehtiyacımız var. O zaman şaxələnməkdən qurtardıq bəlkə canımızı...

P.S. İkinci yazıda markaların bölünməsi və şaxələnməsi haqda danışacağam.


Baxılıb: 4392

Şərhlər