Sosial şəbəkələrdə yayımla

Bölünək, yoxsa şaxələnək? – 2 – MArKa

"Bölünmə vəya şaxələnmə" sualı qarşısında qalan sadəcə insanlar deyil...
Elə markalar da bu suala cavab axtarır... Şəxsiyətini formalaşdırmaq üçün... 
Müasir marketinq terminologiyasını və "marka" anlayışının hər gün artan önəmini və ona yüklənən önəmi və dəyəri və beləcə bir sıra "və"ləri düşünəndə maraqlı bir çıxarışa gəlib çıxırıq... ya da çıxarılırıq... Markalar bizi özləri ilə özümüz arasında paralellər aparmağa vadar edir...

Onların da şəxsiyəti var – brand personality (Jennifer Aaker), onların da kimliyi var – brand identity, onların da imici var – brand image (Sydney Levy), onların da ruhu var – brand spirit (Hamish Pringle), mədəniyəti var... var... bir çox şeyi...

Maraqlı məqamlardan bir növbətisi də odu ki, bölünmə-şaxələnmə arasında bölünüb-şaxələnmə səbəbində də oxşarlıq var: Bir sahənin "öndəgedən"i olub oraya istiqamətlənmək vəya hər bir istiqamətə daxil olub təsir dairəsini genişləndirmək və dolayısıyla yayılmaq...
İnsanlar öz qərarlarını özləri versinlər. İnsanlar üçün bölünmək vəya şaxələnməklə bağlı qərarları iradə, analiz və biraz da mühit müəyyən edir.
Yəni ona qarışmırıq...
Bax markanız üçün həmin suala cavab axtararkən "yüz ölçüb, bir biçmək" məsləhətdir.
"Mehriban düşmən" – Trout ilə Raysdan (Ries) soruşsalar şaxələnmək "cinayət"dir. Onların əsərlərində markaların şaxələnməsinin uğursuz nəticələrindən bəhs edən yüzlərlə keys (case) görə bilərsiz. Eynən də bu düşüncə tərzini bölüşən Godin vs. kimi yazarlar da belə deyir. Di gəl ki, marketinq və biznes aləmində heç nə qəti deyil. 
Bax burada hər cür mühakimə durdurulur və düşüncəyə dalmağa başlanır...
Bəs onda kimdir haqlı?
"Virgin" adını onlarla marka və şirkətə verən və bu "genişlənmə" örnəyi ilə dünyaya adını duyuran Riçard Branson... 

Bransonun "Virgin"i son 15 ildə uğursuz genişləmələr yaşasa da (Virgin Vodka, Virgin Bride vs.) ən azı 20-25 sahədə də markasını yerləşdirə bildi. 
İnsanlar ən ünlü "brand extension" analizi olan "Tipping Sprung"a dedilər ki, Harli Davidsondan (Harley Davidson) çarıq (botinka) gözləyir, Starbaksdan (Starbucks) və Qodivadan (Godiva) dondurma...

Şaxələnmək mənfəət gətirən bir işdir. Amma eyni zamanda markanızın o yuxarıda sadalanan "insanlığı"na və "səmimiyəti"nə zərbə də vura bilər. 
Daha özünüz baxın... Bölünərsiz, yoxsa şaxələnərsiz... Markanız bilər... O da bilməzsə siz bilərsiz...

Baxılıb: 4653

Şərhlər